Erməni əsirliyində olmuş şəxs: "Mkrtiçyan mənə ağır işgəncə verib

Erməni əsirliyində olmuş şəxs: "1992-ci ildə könüllü olaraq müharibəyə yollanmışam, bir il sonra - 1993-cü il sentyabrın 26-da mühasirəyə düşüb əsir götürüldüm".
"Report"un xəbərinə görə, bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Elman Hacıyev deyib.
O bildirib ki, əsirlikdə olanda L.Mkrtiçyan tərəfindən dəfələrlə işgəncələrə məruz qalıb:
"Əsir düşən zaman o qədər döydülər ki, özümdən getmişdim. Ayılanda əllərim bağlı, boynum zəncirli Ağdərədə olduğumu gördüm. İki gün yalnız mənə yemək üçün kələm turşusu yedizdirdilər. Boynumdakı zənciri açmadılar ki, qaçaram. Sonra məni Şuşa həbsxanasına apardılar. İki ay orada saxladıqdan sonra Xocavənd rayonuna apardılar. Bizi Xocavənddə tikinti işlərində işlədirdilər. Lüdvik Mkrtiçyanı orda tanımışam. Xocavənddə ferma var idi, gecə ora heyvanlar üçün yem gətirildi. Başladıq onu boşaltmağa. Mkrtiçyan bir neçə adamla sərxoş vəziyyətdə əllərində avtomat bizi döyməyə başladı. Mən Mkrtiçyana dedim ki, "biz nə vaxtsa rastlaşarıq, cavabını verərəm". Bu söz onun xoşuna gəlmədi, avtomatın qundağı və armaturla döyməyə başladı. Burnumu sındırdılar və atdılar palçığın içinə. Gözlərim həm döyülməkdən, həm də palçıqdan tutulmuşdu. Sonra məni yenə UAZ-a mindirib Şuşa həbsxanasına apardılar.
Əsirlikdə olduğum müddətdə seperatçı rejimin o vaxtkı "müdafiə naziri" Samvel Babayanın qardaşının evinin tikintisində fəhlə işlədirdilər. Füzuli və Ağdam rayonundan evləri söküb gətirirdilər, biz də daşıyırdıq, ustalar ferma tikirdilər. Oranı söküb gətirən də azərbaycanlı əsirlər olub. Xocavənddə iki donuz ferması, bir toyuq ferması və taxıl anbarı tikirdik. Hamısı Samvel Babayanın qardaşının idi. Erməni ustalar qışqırırdı ki, "palçıq gecikir", Mkrtiçyan da hər dəfə gəlib məni avtomatla döyüb işgəncə verirdi. Gün ərzində 6 nəfərə bir çörək verirdilər, başqa heç nə".
"Sonra bizi Karol Bayana ev tikmək üçün Xankəndiyə gətirdilər. Onun evinin yanında Samvel Babayan üçün də dördmərtəbəli villa tikdilər, biz də onlara fəhləlik edirdik. Ermənilər bizim qəbiristanlıqdan qara mərmərləri çıxarıb aparırdılar, öz qəbirstanlıqlarında abidə düzəltdirirdilər. Qırmızı mərmərləri isə Samvel Babayanın villasının pilləkanında istifadə etdilər. Şuşa həbsxanasında Lüdvik, Artur, Karen və digərləri işgəncə verirdilər. Bizə Mkrtiçyan bir-bir elektrik cərəyanı verirdi. Bir dəfə o, mənə elektrik cərəyanı verdi, sonra süpürgənin arxasına keçirilən taxta ilə vurub burnumu sındırdı. Mkrtiçyan məni həbsxananın qarşısına gətirdi. Metlaxları yerə palçıqsız düzdürdü. Dedi elə et ki, metlax tərpənməsin. O da mümkün deyildi, düz dayanmaq olmurdu. Mkrtiçyan da məni döyməyə başladı. Mkrtiçyan deyirdi ki, "birdən qaçmaq fikrinə düşərsən, onda səni işgəncələrlə öldürərəm".
O vaxt verilən işgəncələrdən indi də əziyyət çəkirəm. Dizlərimdə xəsarətlər qalır, böyrəklərimdəki ağrılara görə hər il müalicə alıram. Beynəlxalq Qırmızı Xaç Komitəsi Şuşa həbsxanasına baş çəkməyə gələndə bizə əvvəldən tapşırdılar ki, erməniləri və saxlanma şəraitini tərifləyək, əks halda axşam işgəncə verəcəkdilər. Biz də qorxumuzdan şikayət etmirdik", - deyə zərərçəkmiş bildirib.

Siyasi       Tarix: 23 iyun 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c


azerbaycan xeberleri son xeberler yeni xeberler hava haqqinda kriminal bugun son xeberler az hava proqnozu