Erməni general: 'Mən dövlət sirrini yaymamışam
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, hərbi nəzarət xidmətinin sabiq rəhbəri, general Movses Akopyan dövlət sirrini yaymadığını iddia edib.
O, bu barədə "Sputnik Armeniya"ya bildirib.
"Mən nə dediymi bilirəm. Mənim sözlərimdə heç bir dövlət sirri və şərh ediləcək bir məsələ də yoxdur", - Akopyan deyib.
O, hazırda Qarabağdadır və müstəntiqlər çağırsa, gedəcəyini vurğulayıb.
Bir müddət əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti general Akopyana dövlət sirrini yaydığına görə ittiham irəli sürüb və təqsirli şəxs qismində cinayət işinə cəlb edib. O, ittihamı qəbul etməyərək qeyd edib ki, istintaq prosesini gözləyəcək.
Qeyd edək ki, separatçıların "baş qərargahının keçmiş rəisi" Movses Akopyan 2020-ci il noyabrın ortalarında istefa verib. O, həmin ayın 19-da keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Qarabağda "İskəndər"dən istifadə ediblər, ancaq onun hara atıldığını deyə bilməz. O, "Su-30 CM" çoxməqsədli qırcıların alınmasını mənasız adlandırmışdı.
A.Movsesyan Ermənistan hakimiyyətinin hərbi texnika alınması planını da tənqid etmişdi. O, alınan hava hücumundan müdafiə sistemlərinin yararsız olduğunu söyləmişdi.
///Report
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Prezident Canni İnfantinonu qəbul etdi
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?