Erməni qoşunları bu kəndlərdən çıxarılır

Erməni qoşunları bu kəndlərdən çıxarılır"Paşinyan mətbuat konfransında Tavuş rayonuna bitişik olan kəndləri Azərbaycana qaytarmağa hazır olduğunu təsdiqləyib. Baş nazir bildirir ki, bu kəndlər Ermənistanın suveren ərazisində deyillər, 1990-cı illərdə müharibə nəticəsində nəzarətə götürülüb. Paşinyanın açıqlamalarından görünür ki, bu, birtərəfli güzəştlə olacaq və Azərbaycan qoşunlarını sərhəddən geri çəkməyəcək".
KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
Nəşr qeyd edir ki, hazırda Tavuş istiqamətindəki 7 kəndin 4-nün qaytarılmasından bəhs edilir: "Söhbət Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərindən gedir".
Nəşr "bu kəndlər qaytarılsa, nə olacaq" sualını da araşdırıb: "Ermənistan Silahlı Qüvvələri həmin 4 kəndin ərazisindən çıxmalıdır. Bura üçüncü ordu korpusu nəzarət edir. Bu korpusa vaxtilə general Onik Qasparyan, general Qriqori Xaçaturov rəhbərlik edirdi. Ola bilər ki, bu generallar həm də bu kəndlərin qaytarılmasına görə hökumət tərəfindən təqib edilirdi. Ekspertlər bildirir ki, üçüncü korpus Azərbaycanla müqayisədə daha əlverişli mövqedədir. Kəndlər təhvil veriləndən sonra bu mövqelər azərbaycanlılara keçəcək və biz daha əlverişsiz vəziyyətə düşəcəyik. Bundan başqa, Gürcüstanla dövlətlərarası yol və Ermənistana gələn qaz kəməri də bu ərazidən keçir. Ermənistan yeni yol tikməli, qaz kəmərini ölkənin dərinliyinə doğru çəkməlidir. Bu, həm maliyyə, həm də zaman tələb edir".
"Apaven" yükdaşıma şirkətinin icraçı direktoru Qaqik Ağacanyan deyib ki, dövlətlərası yolun çəkilişi üçün hər kilometrə 5-6 milyon dollar lazımdır: "Söhbət dağlıq ərazidən gedir və əgər körpü tikiləcəksə, bu, daha da baha olacaq, tunellər olarsa, bir qədər də artacaq. Təkcə alternativ yolun çəkilməsi ilə iş bitmir, həm də onun təhlükəsizliyi məsələsi var".
Bu kəndlərin qaytarılması Ermənistan Konstitusiyasının da dəyişməsini tələb edir. Konstitusiya üzrə ekspert Qohar Meloyan bildirib ki, Ermənistan Konstitusiyası dövlətin ərazisinin yalnız referendum yolu ilə dəyişməsini tələb edib: "Bu, 205-ci maddədə qeyd olunub. Ya konstitusiyanı dəyişməlidirlər, ya da onu pozmalıdırlar".

Siyasi       Tarix: 15 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi banklar en son xeberler cəbhədən xəbərlər cəbhədən son görüntülər