Erməni təcavüzü nəticəsində ziyan dəymiş 6 143 ailəyə yardım ediləcək

Erməni təcavüzü nəticəsində ziyan dəymiş 6 143 ailəyə yardım ediləcəkErməni təcavüzü nəticəsində ziyan dəymiş 6 143 ailəyə yardım ediləcək
Dekabrın 17-də Azərbaycan Respubliksanının Prezidentinin 14 dekabr 2020-ci il traixli "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamının icrası məqsədilə Nazirlər Kabinetinin Sərəncamı dərc edilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, Sərəncama əsasən, işçi qrupları tərəfindən təqdim edilən siyahılar əsasında hesablanmış ilkin olaraq 9 068 128 (doqquz milyon altmış səkkiz min yüz iyirmi səkkiz) manat (bank xidməti ödənişləri də daxil olmaqla) məbləğində vəsaitin 2020-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Vəsaitlər işçi qrupları tərəfindən hesablanmış və təqdim olunmuş siyahılar əsasında aşağıdakı qaydada bölüşdürülür:
Gəncə Şəhər İcra Hakimiyyəti: 2 920 500 (iki milyon doqquz yüz iyirmi min beş yüz) manat;
Mingəçevir Şəhər İcra Hakimiyyəti: 67 000 (altmış yeddi min) manat;
Ağdam Rayon İcra Hakimiyyəti: 1 848 500 (bir milyon səkkiz yüz qırx səkkiz min beş yüz) manat;
Ağcabədi Rayon İcra Hakimiyyəti: 586 000 (beş yüz səksən altı min) manat;
Bərdə Rayon İcra Hakimiyyəti: 233 000 (iki yüz otuz üç min) manat;
Beyləqan Rayon İcra Hakimiyyəti: 124 000 (bir yüz iyirmi dörd min) manat;
Cəbrayıl Rayon İcra Hakimiyyəti: 41 000 (qırx bir min) manat;
Naftalan Rayon İcra Hakimiyyəti: 4 000 (dörd min) manat;
Tərtər Rayon İcra Hakimiyyəti: 2 296 500 (iki milyon iki yüz doxsan altı min beş yüz) manat;
Füzuli Rayon İcra Hakimiyyəti: 494 500 (dörd yüz doxsan dörd min beş yüz) manat;
Goranboy Rayon İcra Hakimiyyəti: 421 500 (dörd yüz iyirmi bir min beş yüz) manat.
IVəsaitlər İcra hakimiyyətlərinin müvafiq xəzinə hesabına ödəniləcək.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları 10 (on) gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edərək, nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim edəcəklər.
İlkin mərhələdəki yardımlar nəqliyyat vasitələrinə görə ödənişləri nəzərədə tutmur.
İşçi Qruplarının fəaliyyəti nəticəsində 8 221 daşınmaz əmlaka ziyan dəyib. Onlardan 300 fərdi yaşayış evi, 75 yardımçı tikili və 10 çoxmənzilli bina tamamilə dağılıb.
222 nəqliyyat vasitəsinə ziyan vurulub, onlardan 21-i tam yararsız vəziyyətdədir.
989 baş mal-qara tələf olub.
Prezidentin müvafiq Sərəncamının (14 dekabr 2020-ci il) icrası nəticəsində ilkin mərhələdə evləri dağılmış və qəzalı vəziyyətə düşmüş 258 ailəyə 3.151. 500 manat (hər ailəyə 6 000 manat və hər ailə üzvünə 1500 manat), evlərinə ziyan dəymiş 5 885 ailəyə isə 5 milyon 885 min manat (hər ailəyə 1000 manat) yardım edilməsi nəzərdə tutulur.
Bərpası və təmiri mümkün olmayan əmlak sahibləri müasir layihələr əsasında tikilmiş yeni tikililərlə təmin olunacaqlar.
Bərpası və təmiri mümkün olan əmlaklar isə dövlət hesabına təmir və bərpa ediləcək. /oxu.az

Siyasi       Tarix: 18 dekabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxəbər en sonxeber siyaseti xeberler bugun valyuta mezennesi 2026