Erməni terrorçu: 'Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak etmişəm
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Azxeber.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən A.Dilanyan dindirilib.
O bildirib ki, 2020-ci ilin noyabr ayının 27-də hərbi komissarlığa cəlb edilib, daha sonra Laçın rayonuna gətirilib: "Bir müddət dağda postda qalandan sonra komandirimiz Arsen Kazaryanın əmri ilə aşağı endik. Həmin vaxt Azərbaycan hərbçiləri tərəfindən saxlanıldıq və onlara təslim olduq".
Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində qeyd edib ki, məqsədləri orada mövqelərini qorumaq, onlara yaxınlaşan Azərbaycan hərbi qulluqçularına silahlı müqavimət göstərmək olub.
Prokurorun suallarını cavablandıran A.Dilanyan deyib ki, İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonu istiqamətində olub: "Oktyabr ayının 3-dən 15-nə qədər Cəbrayıl ərazisində döyüşlərə cəlb olundum. Ayın 15-də oradan qaçdım".
Təqsirləndirilən şəxs istintaqdakı ifadəsində söyləyib ki, Cəbrayıl rayonunda 200-ə yaxın erməni hərbçiləri ilə birlikdə Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edib.
Məhkəmənin növbəti iclası iyulun 5-nə təyin edilib.

Seymur Cəfərov vəfat etdi
Prezident Canni İnfantinonu qəbul etdi
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?