Erməni xalqı TƏHLÜKƏDƏ: Qarabağ müharibəsindən sonra...- ŞOK RƏQƏMLƏR
Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə daxilində reytinqi yarıdan çox enib.
Publika.az xəbər verir ki, 2020-ci ilin iyul ayında xalqın 85%-i tərəfindən dəstəklənən baş nazirin dekabr ayına olan reytinqi 38% təşkil edir.
Ermənilərin təqribən yarısı N.Paşinyanın istefaya getməli olduğuna inanır.
Bunu "Gallup" Beynəlxalq Birliyinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan "Gallup"un son sorğusunun nəticələrini oxuduğu mətbuat konfransında açıqlayıb.
O bildirib ki, anket 25 noyabr - 2 dekabr tarixləri arasında telefon vasitəsilə aparılıb və Ermənistanın bütün şəhər və rayonlarını əhatə edib: "Nikol Paşinyanın indi nə edəcəyini soruşduqda, respondentlərin 38% -i baş nazirin vəzifəsini davam etdirməli olduğunu, 45% -i istefa verməli olduğuna inandığını söyləyib".
Navasardyan onu da qeyd edib ki, hazırkı baş nazirin reytinqi iki hadisədən sonra - 26 oktyabrda canlı yayımda Ermənistanın güzəştə getməli və 9 noyabrda Qarabağla bağlı bir bəyanat imzalamalı olduğunu söylədikdən sonra düşüb.
Respondentlərin 42% -i baş nazirin 6 aylıq böhran əleyhinə proqramı ilə tanış olduqlarını, yarısından çoxu (53%) onu oxumadığını söyləyib. 41% -i erkən seçkilərə ehtiyac görməyib. Respondentlərin 46% -i seçkilərə ehtiyac olduğunu bildirib.
Respondentlərin yarısından çoxu - 56%-i Qarabağdakı müharibədən sonra Ermənistanda özlərini təhlükəsiz hiss etmədiklərini qeyd edib.
Zümrüd
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur