"Ermənilər azad edilmiş ərazilərdə dini abidələri dağıdıb" – Dövlət Departamenti
ABŞ Dövlət Departamenti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini abidələrin ermənilər tərəfindən sistematik şəkildə dağıdılmasına dair məlumatlar paylaşıb.
KONKRET.az xəbər verir ki, Dövlət Departamentinin 2021-ci il üzrə Beynəlxalq Din Azadlığı hesabatında qeyd olunub ki, sentyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) "Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələri" adlı qətnaməsi qəbul edilib.
Qətnamədə uzunmüddətli münaqişənin bölgədəki mədəni irsə faciəvi təsirləri olduğu qeyd olunub.
Vurğulanıb ki, Assambleya Ermənistanın məsuliyyət daşıdığı dağıntıları və zərərləri, xüsusilə də Ağdam və Füzuli rayonlarının ötən 30 il ərzində total şəkildə dağıdılması və qarət olunmasını, mədəni irsin dəyişdirilməsini qınayıb.
Hesabatda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə səfər edən diplomatlar, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərə görə ermənilərin nəzarətində olduğu dövr ərzində təxminən 400 min azərbaycanlıya məxsus çox sayda məscid, ziyarətgah, məzarlıq daxil olmaqla, yüzlərlə dini irs abidəsi qarət olunub, vandalizmə məruz qalıb, murdarlanıb və ya dağıdılıb.
Qeyd olunub ki, professional imzası "REZA" olan beynəlxalq jurnalist Reza Deqati Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus yüzlərlə məzarlığın sistematik şəkildə dağıdılmasını sənədləşdirib.
"Qəbirlər murdarlanıb, bəzi hallarda məzarların qarət edilməsi məqsədilə dəliklər açılıb, digər yerlərdə isə onların ağır tikinti texnikası ilə dağıdılmasına və ekshumasiyasına dair dəlillər görülüb. Qəbir daşlarının metodik vandalizmi nəticəsində çox az sayda məzar toxunulmadan qalıb. Mərhumun üzünün əks olunduğu qəbir daşları çəkic və ya bənzər vasitələrlə dağıdılıb.
Bundan başqa, azərbaycanlı qəbirlərinin qalıqları ekshumasiya edilib və qızıl dişləri çıxarılıb, kəllə və sümüklər ətrafa səpələnib və ya bəzi hallarda məzar tamamilə yox edilib", – Dövlət Departamentinin hesabatında deyilir.
Hesabatda o da qeyd olunub ki, fotojurnalist Reza Deqati bölgədə ermənilərə məxsus məzarlıqlara faktiki olaraq toxunulmadığını bildirib.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun