Ermənilər HƏRƏKƏTƏ KEÇDİ: ABŞ-la razılaşma əsasında cəbhə xəttindən...

Ermənilər HƏRƏKƏTƏ KEÇDİ: ABŞ-la razılaşma əsasında cəbhə xəttindən...Suriyanın Təl Abyad və Ras əl Eyn şəhərlərində kilsələrdə qurduğu raket buraxanlar vasitəsilə xristianları hədəf alan PKK/SDQ terror təşkilatı məqsədinə nail ola bilməyincə planını dəyişib.
Publika.az xəbər verir ki, təşkilat Hasekenin Təl Təmr qəsəbəsində süryaniləri cəbhə xəttinə göndərib.
"Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu xristianları qətlə yetirir" təəssüratı yaratmaq istəyən terrorçular xristianların da cəbhəyə göndəriləcəyini bildirib.
"Barış Pınarı" əməliyyatının başlandığı ilk günlərdə məcbur şəkildə Ras əl Eynə göndərilməsi nəzərdə tutulan süryanilərin bir hissəsi PKK/SDQ-dən ayrılmışdı.
Ermənilər hərəkətə keçdi
Oyuna ötən ilin aprel ayında Təl Təmrdə təşkil edilən və "Nubar Ozanyan" adı verilən erməni taboru da daxil edilib. 1915-ci il hadisələrindən sonra Suriya və Livana köçən ermənilərin nəvələri tərəfindən qurulan tabor eyni xətdə TSQ və SMO-nun qarşısına yerləşdirilib. Daha əvvəl taborun bir hissəsinin Ras əl Eynə göndərildiyi, lakin ABŞ ilə Türkiyə arasında əldə olunan razılaşma əsasında oradan geri çəkildiyi qeyd olunmuşdu.
Yevangelistlər səhnədə
Bundan başqa, Suriyanın şimalında qurulması planlaşdırılan terror dövlətinin ən böyük dəstəkçisi ABŞ-dakı yevangelistlər də PKK ilə birgə hərəkət edir. Onların yayım orqanı CBN "İsrail" məxrəcilə verdiyi xəbərdə TSQ və SMO-nun etnik xristianları hədəf aldığını, "Barış pınarı" əməliyyatından sonra 150 min xristianın köç etmək məcburiyyətində qaldığını bildirib.
Zümrüd /publika.az

Dünya       Tarix: 05 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər metbuat ensonxeberler cəbhədən xəbər