Ermənilər Rusiyadan bu raket və PUA-ları almaq istəyir

Ermənilər Rusiyadan bu raket və PUA-ları almaq istəyirBu günlərdə Moskva ətrafında Rusiya Müdafiə Nazirliyinin hər il təşkil etdiyi beynəlxalq ordu oyunları ilə yanaşı silah sənayesinin ən yeni məhsullarının nümayiş olunduğu "Armiya-2021" satış-sərgisi də keçirilir.
Publika.az Virtualaz.org-a istinadla xəbər verir ki, Azərbaycan beynəlxalq ordu oyunlarının açılış mərasimində müdafiə nazirinin müavini, general Nizam Osmanov səviyyəsində iştirak edib. Azərbaycan nümayəndə heyətinin "Armiya-2021" silah sərgisinə maraq göstərdiyi haqda məlumatlar yoxdur. Qeyd edək ki, Azərbaycan 44 günlük ikinci Qarabağ müharibəsindən sonra öz ordusunu daha da modernləşdirir, amma bu sahədə daha çox Türkiyə və İsraillə işləməyə üstünlük verir.
Ermənistan Moskva ətrafındakı silah sərgisində müdafiə naziri Arşak Karapetyan başda olmaqla geniş tərkibli nümayəndə heyəti ilə qatılıb. Və Moskvadan gələn xəbərlərə əsasən, artıq Ermənistan Rusiyadan bir sıra yeni silahların alınmasına dair həmin sərgi çərçivəsində müqavilələr imzalayıb.
Rusiyanı yenidən Ermənistanı silahlandırmağa başlaması Azərbaycan rəhbərliyinin öz narahatlığını və narazılığını publik şəkildə açıqlaması ilə müşaiyət olunub. Prezident İlham Əliyev CNN Türk-ə müsahibəsində bəyan edib ki, Rusiyanın Ermənistanı yenidən silahlandırmaq niyyətini anlamır və bunu məntiqsiz hesab edir. Dövlət başçısı xatırladıb ki, Rusiya əvvəllər Ermənistana milyardlarla dollarlıq silahı havayı verib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ötən həftə bildirib ki, Moskvanın məqsədi "regionda hərbi tarazlıq" yaratmaqdır.
Ermənistan ordusu 44 günlük müharibə zamanı darmadağın edilib və indi onu yenidən qurmaq üçün milyardlarla dollar lazımdır. Ermənistanda isə belə pullar yoxdur və deməli Rusiyadan yeni silahlar bu ölkəyə ya "hədiyyə" olaraq, ya da güzəştli kreditlər hesabına verilə bilər. Ermənistanın müdafiə naziri Arşak Karapetyan ötən həftə jurnalistlərə bildirib ki, Rusiya Ermənistan ordusunun yenidən qurulması üçün onlara köhnə silahlar təklif edib. Amma onlar bundan imtina ediblər, ancaq yeni silahlar alacaqlarını deyiblər.
Bəs Ermənistan hansı yeni Rusiya silahları alıb və ya almaq istəyir? "Armiya-2021" sərgisini izləyən türkiyəli videobloger Cem Kıran maraqlı məqamların şahidi olub. Bloqer Ermənistan nümayəndə heyətinin sərgini gəzərək "Orion-9" və "Orion-10" zərbə pilotsuz təyyarələri, S-400 "Triumf" zenit-raket kompleksləri və "Pantsir" zenit kompleksinin modernizə edilmiş versiyaları ilə yaxından maraqlandığını görüb.
Bloger bildirir ki, sərgidə Rusiyanın "Kronştad" şirkətinin işləyib hazırladığı, dəfələrlə Suriyada sınaqdan keçirilən və göstəriciləri "Bayraqdar TB2" döyüş PUA-larına yaxın olan "Orion" PUA-larını çəkmək istərkən Ermənistan müdafiə naziri başda olmaqla bu ölkənin geniş tərkibli nümayəndə heyəti ilə qarşılaşıb. Cem Kıran erməni nümayəndə heyətinin "Orion" PUA-larının göstəriciləri ilə yaxından maraqlandığını, rusiyalı rəsmilərlə müzakirələr apardığını görüb.
Sərgidən hazırladığı digər videosunda isə bloger Ermənistan müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyətinin S-400 komplekslərinin ətrafında rusiyalı rəsmilərlə müzakirələr apardığını, bu komplekləri yaxından araşdırdığını gördüyünü deyir. Və bildirir ki, Ermənistanın Rusiyadan silahlı PUA-lar, yeni hava hücumundan müdafiə sistemləri almaq niyyətləri bu ölkənin öz ordusunu yenidən quraraq "3-cü Qarabağ müharibəsinə hazırlaşdığını" göstərir.
Qeyd edək ki, ötən ilin noyabrından etibarən Rusiya və Ermənistan hərbi rəhbərlikləri arasında intensiv təmaslar, qarşılıqlı səfərlər və danışıqlar gedir. Ermənistan rəhbərliyi bildirir ki, ordunu Rusiyanın dəstəyi ilə yenidən qurmaq istəyirlər və artıq bir sıra yeni silahlar alınıb.

Dünya       Tarix: 29 avqust 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeberler son xeberler bu gun valyuta mezennesi 2026 ensonxeberler