Ermənilər Xocalıdakı cinayətlərə görə cəzasız qaldılar - Fransanın 'La Gazette du Caucase' nəşri

Ermənilər Xocalıdakı cinayətlərə görə cəzasız qaldılar - Fransanın 'La Gazette du Caucase' nəşriParisin "La Gazette du Caucase" onlayn qəzetinin baş redaktoru, tanınmış fransalı jurnalist Jan-Mişel Bryun Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş məqalə dərc edib.
azxeber.com Trend-ə istinadən xəbər verir ki, "Erməni Silahlı Qüvvələrinin bu təsəvvür edilməyəcək qədər dəhşətli cinayəti törətməsinin üzərindən 32 il keçib. Hücum edənlərin əlindən qurtula bilənlər meşədə sığınacaq axtararkən öldürülüb, digərləri soyuqdan ölüb və ya ağır yaralanıb. Onların əksəriyyəti qadın, uşaq və yaşlılar idi.
Erməni basqını Azərbaycan ərazisinin 20 faizindən çoxunun işğal olunmasına və 20 mindən çox insanın həlakına səbəb oldu. 50 mindən çox insan yaralandı və ya şikəst oldu. Ermənilərin etnik təmizləmə siyasətinin qurbanına çevrilmiş bir milyondan çox dinc sakin təqribən otuz il müddətində qaçqın və məcburi köçkün kimi yaşadı", - deyə müəllif yazır.
Jan-Mişel Bryun vurğulayıb ki, bu cinayətlərə görə nə ABŞ, nə də Avropa İttifaqı (Aİ) tərəfindən Ermənistana qarşı heç bir sanksiya qəbul olunmayıb.
"Eynisi Fransaya da aiddir. O da heç vaxt nə suveren dövlətin işğalına, nə etnik təmizləməyə, nə də Xocalı soyqırımına görə heç vaxt Ermənistanı qınamadı. Əksinə, bir neçə Fransa şəhəri həmin dövrdə erməni işğalı altında olan bir neçə Azərbaycan şəhəri ilə qardaşlıq sazişi imzaladı", - deyə Bryun qeyd edib.
Daha sonra məqalədə qeyd olunur ki, ötən il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində dövlət bayrağını sancanda bu bütün azərbaycanlılar üçün ədalətin bərpasını bildirən tarixi hadisə oldu.
"Bu gün Xocalıda irimiqyaslı tikinti-bərpa işləri aparılır. Xaraba qoyulmuş yüzlərlə ev bərpa olunur. Hazırda şəhərdə yolların, rabitə, su təchizatı, kanalizasiya, elektrik təchizatı xətlərinin və digər magistral xətlərin tikintisi başa çatmaq üzrədir. Çox yaxında buraya sakinlərin köçürülməsinə başlanılacaq. Yerli hakimiyyətin məlumatına görə, bu ilin ilk altı ayı ərzində 50 ailənin Xocalıya qayıdışı gözlənilir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi artıq bərpa olunub və Xocalı faciədən 32 il sonra yenidən dirçəlir", - sonda qeyd edilir.

Siyasi       Tarix: 27 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeber valyuta məzənnələri son xeberler bugun 2026 canli cəbhədən xəbər