Ermənilər Yevlaxa niyə gəlmədi?
"İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın hökumət təmsilçiləri ilə Qarabağın erməni icmasının nümayəndələri arasında bir neçə görüş oldu. Xocalı qəsəbəsində görüş oldu və burada rus hərbi kontingentinin komandanlığı çıxış etdi. Eləcə də Sərsəng su anbarında və Laçın şəhərinin azad olunması ilə bağlı da növbəti təmaslar oldu".
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Siyasi təhlilçi Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadənin ötəngünkü açıqlamasında münasibət bildirib.
Xatırladaq ki, ötən gün XİN-dən verilən məlumata görə, Qarabağın erməni icması ilə Yevlaxda görüşün keçirilməsi ilə bağlı bütün razılıqlar əldə olunmasına baxmayaraq, sona anda erməni tərəfi görüşdən imtina edib.
E. Şahinoğlu tarixə ekskurs edərək söyləyib ki, Azərbaycan tərəfi bundan sonra təklif etdi ki, növbəti görüş Bakıda keçirilsin, amma onlar gəlmək istəmədilər:
"Sonra bu təklif yenidən təkrarlandı və onlar bir daha imtina etdilər. Daha sonra Yevlax variantı irəli sürüldü, çünki Yevlax da Azərbaycanın bir şəhəridir və Xankəndiyə yaxın məsafədədir. Lakin ermənilər bununla da razılaşmaq istəmirlər. Ona görə razılaşmaq və Bakı ilə Yevlaxa gəlmək istəmirlər ki, bu halda Azərbaycanın şərtlərini və ərazi bütövlüyünü qəbul etməli olacaqlarını düşünürlər. Onlar belə bir görüntünün öz yanlış məntiqlərinə görə olmasını istəmirlər".
Analitik xatırladıb ki, onlar sərhəddə ilişib qalan yüklərlə bağlı da eyni mövqedən çıxış edirlər:
"Biz alternativlər təklif edirik, məsələn, Ağdam-Xankəndi yolunu, lakin bunu da istəmirlər. Əksinə, onlar beynəlxalq aləm və erməni lobbisinin dəstəyi ilə çalışırlar ki, müxtəlif siyasətçilər Azərbaycana təzyiq etsin, Azərbaycan əleyhinə müəyyən açıqlamalar olsun. Çünki Azərbaycan geri addım atmır. Düşünürəm ki, biz bu məsələdə güzəştə gedə bilmərik, ona görə ki, burada söhbət Azərbaycanın ərazi bütövlüyündən gedir. Qısası, onlar şərtlərimizi qəbul etmək məcburiyyətində qalacaqlar".
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi