Ermənilərdən TERROR HƏDƏSİ: Onu Azərbaycana təhvil versəniz Rusiya səfirliyini partladacağıq
Ümumerməni Sasna Tsrer Partiyasının radikal qanadının nümayəndəsi Vahagn Avagyan bildirib ki, bu gün Şuşa yaxınlığında azərbaycanlı hərbçilərə və Rusiya sülhməramlılarına qumbara ataraq rusiyalılar tərəfindən saxlanılan terrorçu Rusiya tərəfindən Azərbaycana təhvil verildiyi təqdirdə Rusiyaya qarşı hücumlar təşkil edəcəklər.
Publika.az report-a istinadla xəbər verir ki, V.Avagyana görə, "Rusiya terrorçu Norayr Mirzoyanı Azərbaycana versə, növbəti qumbaralar Rusiya qoşunları və səfirliklərinə tərəf atılacaq".
Ümumiyyətlə, Ermənistanda terrorçuların nəinki sərbəst dolaşdığını, hətta az qala "milli qəhrəman" adına layiq görüldüyünü nəzərə alaraq Rusiya hökuməti "strateji müttəfiq"ləri tərəfindən gələn bu kimi siqnallara ciddi yanaşmalıdır.
Xatırladaq ki, bu partiyanın üzvləri 2016-cı ildə Yerevanda girov götürərək xeyli səs-küy salmışdılar. Həmin terrorçular məhkəmə tərəfindən girov götürmək, girovları öldürmək, qanunsuz silah gəzdirmək və oğurlamaq maddələri ilə təqsirli biliniblər.
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək