Ermənilərdən VƏHŞİLİK: Rusları qarət edib ÖLDÜRDÜLƏR
Aprelin 28-də Krasnodar yaxınlığında itkin düşən iki animatorun öldürüldüyü məlum olub.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası istintaq orqanlarına istinadən məlumat yayıb. Bildirilir ki, itkin düşən animatorlar ermənilər tərəfindən qətlə yetirilib.
"37 yaşlı Kirill Çubko və 19 yaşlı Tatyana Mostıko tədbirdən sonra evlərinə Ust-Labinskə qayıdırdılar. Saat 21:30 radələrində Çubkonun maşınının təkəri düz yolda deşilib. Saat 23:40-da Kirill həyat yoldaşına zəng edərək deyib ki, yolda iki oğlanla rastlaşıblar, onların da maşını xarab olub.
Bundan sonra Kirill və Tatyana ilə əlaqə kəsilib. Kirilin maşını sonuncu dəfə Berezanskaya kəndində görünüb. Çubko və Mostıkonun kartlarından 200 min rubl çıxarılıb. Daha sonra xilasedicilər Çubkonun yanmış avtomobilini tapıblar", – məlumatda deyilir.
Dörd gün sonra Kirill və Tatyananın qətlində şübhəli bilinən şəxslər – Demyan Kevorkyan, Aram Torosyan və Anatoli Dvoynikov saxlanılıb. Onlar günahlarını etiraf ediblər.
Məlumata görə, cinayətkarlar Kirili aprelin 29-da səhər saat 8-də, Tatyananı isə təxminən bir saat sonra öldürüblər. Meyitlər meşə zolağında basdırılıb.
Xuraman Etibarlı,
KONKRET.az

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti