"Erməniləri indiki əraziyə Rusiya yerləşdirib" - Sergey Markov

"Ermənistanın KTMT üzvlüyünü dondurması barədə Paşinyanın elanı radikal addım deyil. Çünki faktiki dondurma daha öncə olub, bir neçə ay ərzində İrəvan nə KTMT tədbirlərində, nə də yüksək səviyyəli görüşlərdə iştirak edib. Digər tərəfdən, KTMT Ermənistandan hələlik heç bir açıqlama almayıb. Yəni hələlik bu dondurma əməldə və sözdə olsa da, hüquqi xarakter daşımayıb. Münasibətlərin dondurulması Paşinyanın indi Rusiya ilə bağlı həyata keçirdiyi min kiçik addım taktikasıdır. Məhz bu taktika hazırda Qərb tərəfindən Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı həyata keçirilir və çox uğurlu hesab olunur".
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
"Düşmənin çox ciddi "kartı" olanda min kiçik addım taktikası tətbiq olunur. Məsələn, Qərb nöqteyi-nəzərindən Ukrayna böhranından danışsaq, Rusiyanın taktiki nüvə silahından istifadə etmə ehtimalı belə bir "kozırdır". Nikolun nöqteyi-nəzərindən belə bir "kozır" Rusiyanın Paşinyanın başçılıq etdiyi antirusiya rəhbərliyini hakimiyyətdən uzaqlaşdırmağa çağırması ehtimalıdır.
Görünür, Paşinyan min kiçik addımın taktikasını Fransa Prezidenti Makronla birgə formalaşdırıb. Fransa indi Paşinyanın əsas müttəfiqidir. Faktiki olaraq Nikol və Makron Rusiyaya, eləcə də erməni xalqına qarşı qəsd təşkil edir. Erməni xalqı Paşinyanın bu siyasətinə qarşıdır. Ermənistanın əhalisi əsasən rusiyapərəstdir, baxmayaraq ki, onlar Qarabağ müharibəsində Azərbaycanın Ermənistan ordusunu tamamilə məğlub etdiyi, üç ildən sonra isə Qarabağ üzərində tam nəzarəti bərqərar etdiyi zaman məğlubiyyətində Rusiyanı günahkar hesab edirdilər.
Rusiya Bakının bunu etməsinə mane olmadı. Ona görə də Ermənistan əhalisi Rusiyanı günahkar hesab edir, amma daha çox özlərini, siyasi rəhbərliyini, o cümlədən Paşinyanı və onun bütün rəqiblərini günahkar sayır. Nikol reallığı Qarabağ müharibəsinin tempi və onun uğursuzluğu baxımından qəbul edirsə də, erməni xalqı Rusiyanın Ermənistanı dəfələrlə, o cümlədən Fars imperiyasının qırğınından xilas etdiyini anlayaraq, vəziyyəti çoxəsrlik nöqteyi-nəzərdən qiymətləndirir.
Rusiya imperiyası erməniləri əsasən onların indi yaşadıqları bu ərazilərdə yerləşdirib və ermənilər bir çox cəhətdən özlərini məhz Rusiya vasitəsilə reallaşdırıblar. Ona görə də erməni əhalisi sadə fikirləşir: indi Rusiyadan qopub Fransaya getsək, o zaman Paris bizi qorumayacaq, Türkiyə və Azərbaycanla üz-üzə qalacağıq, erməni xalqını fəlakət gözləyə bilər. Paşinyan qorxur və Rusiyadan qopmaq üçün heç bir radikal addım ata bilməz, ona görə də min kiçik addım taktikasından istifadə edir. Onun məqsədi Rusiya ilə münasibətləri kəsməkdən çox, Qərbin əsas müttəfiqinə çevrilməkdir. Rusiyanı düşmən etmək yox, Qərbi dost etmək lazımdır. Paşinyan bunu istəyir və bu, normal olardı, amma mümkün deyil", – o bildirib.

Siyasi       Tarix: 28 fevral 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeber valyuta məzənnələri son xeberler bugun 2026 canli cəbhədən xəbər