"Ermənilərin atdığı buzlu su "butulka"sı başıma dəydi" - Azərbaycanlı müğənni
Xəbər verdiyimiz kimi, Los Ancelesdə yaşayan ermənilər ötən gün Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.
Ermənilər həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar.
Ermənilərin qarşısına çıxan azərbaycanlılardan biri də hazırda ABŞ-da yaşayan müğənni Səbinə Əskərova olub.
Müğənni Los Ancelesdə baş verənlərlə bağlı Azxəbər.com-a danışıb: Tovuzda baş verən erməni təxribatına etiraz etmək eyni zamanda Ordumuza dəstək məqsədilə toplaşmışdıq. Biz sivil qaydada evə gətmək istəyəndə ermənilər anidən arxamızca qaçıb bizə hücum etdilər. Biz 50, onlar 5000 nəfər idilər. Bizi itəlidilər və soydaşlarımızın bəziləri xəsarət aldı. Ümumilikdə, 1-i xanım olmaqla 7 nəfər xəsarət aldı. Onlardan 4-nün vəziyyəti ağırdır, 1 soydaşımız reanimasiyaya yerləşdirildi. Əllərində dondurulmuş buzlu su butulkaları var idi ki, onlardan biri mənim başıma dəydi. İtələləyəndə bir az ayağım burxulub. Ümumilikdə, özümü yaxşı hiss edirem.
Müğənni deyib ki, həmvətənlərimiz erməni təxribatının qarşısını ala bilib: "Bizim oğlanlar az olsalar da, bacardıqları qədər erməninin cavabını verirdilər. Ermənilər bizimkilərin telefonlarını da oğurlayıb. Oğurluq, şər, fitnə, yalan onların artıq ruhlarındadır. Bu gün bir daha şahid oldum ki, bizim insanlara fərqi yoxdur qarşında 10 erməni var yoxsa 5 min. Sona qədər dayandıq. Sözümüzü sivilcə çatdırdıq, onlar kimi vəhşilik etmədik". /open.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq