Ermənilərin böyük köçü başladı - Zöhrabyan
Bu, ermənilərin ən böyük miqrasiyası olacaq.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Çiçəklənən Ermənistan Partiyasından olan deputat Naira Zöhrabyan paylaşıb.
Bu gündən Rusiyaya uçuşların bərpa olunduğunu deyən Zöhrabyan təyyarəyə bileti ala bilən ailələrin lotereya udmuş kimi sevindiklərini bildirib:
"Dünən Moskavaya birtərəfli uçuş biletlərinin qiyməti 700 dollara qalxıb. Moskvaya biletləri auksionda satmağa başlasalar, təəccüblənməyin. Təəssüf ki, bu, ermənilərin ən böyük miqrasiyası olacaq. Mən qidalanma ilə bağlı problemləri yaranan və türklərin (azərbaycanlılar nəzərdə tutulur – red.) sabah onun evinə girməyəcəyinə inanmayan erməniləri Ermənistanı tərk etdiklərinə görə ittiham etmək haqqına sahib deyiləm. Bu gün erməni ən çox öz vətənində müdafiəsizdir. Ən maraqlısı da odur ki, gedənlərin çoxu Nikolun seçiciləridir".
Qeyd edək ki, Rusiya ilə Ermənistan arasında bu gündən aviaəlaqələr bərpa olunub.

Tramp onlara azadlıq istədi: "Danışıqlar üçün vacibdir"
Metro açıldı, amma problem bitmədi – Stansiyalarda vəziyyət gərginləşdi + FOTOLAR
Meloni Azərbaycana bu tarixdə gələcək
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Avrosu olanlara ŞAD XƏBƏR: 2 manatı keçdi
Deputat: Azərbaycan-Belçika işçi qrupunun fəaliyyəti dayandırılsın
Ceyhun Bayramov ruandalı həmkarı ilə çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib
Fidan və Lavrov 2026-2027-ci illər üçün fəaliyyət planını imzalayıblar
Elçin Əmirbəyov 'Euro' jurnalına müsahibə verib
Bakı metrosunda daha bir İNSİDENT
Dünyada yeni nüvə silahlanması BAŞLAYIR - ŞOK XƏBƏRDARLIQ
SON DƏQİQƏ: Tramp danışığı Xamenei ilə yox, onunla aparmalıdır - İranda qərarı kim verir?
İsrail səfirliyindən Azərbaycanla bağlı açıqlama
SON DƏQİQƏ! Tramp atəşkəsi uzatdı