Ermənilərin HÜCUMU – Bütün hərəkətlər izlənilir

Ermənilərin HÜCUMU – Bütün hərəkətlər izlənilirƏli hər yerdən üzülən Ermənistan bütün parametrlər üzrə təxribatını davam etdirir. Sərhəddə və Qarabağda baş verən insident isə bu təxribatların davamıdır. Nəyin bahasına olursa-olsun Azərbaycanı çirkin oyuna çəkmək istəyən düşmən ölkə indi də Laçın istiqamətində silah-sursat toplayır.
Məqsəd aydındır: Azərbaycanın əks-hücuma keçməsindən istifadə edib vay-şüvən qoparmaq və yenidən dünyada anti-Azərbaycan əleyhinə kampaniyanın başqa mərhələsinə qədəm qoymaq. Amma onların bütün hərəkətləri izlənilir və Azərbaycanla sərhəddə cəmləşdirdikləri silah-sursatın sayına qədər kəşfiyyat məlumatına malikik. Deməli, ermənilərin dislokasiya yerləri, oradakı silahların növləri barədə dəqiq informasiyaya malik Azərbaycan Ordusu ermənilərin hər bir təxribatının qarşısını almağa hazırdır. Ermənistan isə dayanmaq bilmir və həm daxildə, həm də xaricdə Azərbaycan əleyhinə işlər aparır.
Kəlbəcər istiqamətində susdurulan Ermənistan silahlı qüvvələrinin Qarabağda da cavabı verilib. "Humanitar böhran"dan əli üzülən düşmən ölkənin silahlı təxribata əl atacağı gözləniləndir və Azərbaycan Ordusu bir an belə sayıqlığı əldən vermir. Ermənistan isə öz havadarlarının vədlərinə arxayın olub, yeni müharibənin qızışdırılması üçün məqam gözləyir. Kilsə adamlarından tutmuş, sənətçilərə qədər, hər bir erməni Azərbaycan əleyhinə kampaniyaya qoşulub.
Ölkəmizin Los-Ancelesdəki konsulluğu qarşısında mitinq təşkil edən Amerika erməniləri anti-Azərbaycan əleyhinə şüarlar səsləndirir, ölkəmizin imicinə xələl gətirən plakatlar nümayiş etdirirlər. ABŞ hökuməti isə konsulluq binasını mühasirəyə alan kütlənin qanunsuz əməllərinə göz yumur.
Erməni diasporunun dəstəklədiyi bəzi təşkilatlar da Azərbaycan əleyhinə kampaniyaya qoşulub və ölkəmizə qarşı işlər aparır. İş o yerə çatıb ki, feminist təşkilatlar belə antiAzərbaycan kampaniyasında fəallıq nümayiş etdirirlər. Ən acınacaqlısı isə Azərbaycan feminist təşkilatının erməniləri dəstəkləməsidir.
Azərbaycan feministləri erməni bacılarına dəstək nümayiş etdirib və ölkəmizi "humanitar böhran"da ittiham edib. Görünür, erməni diasporundan aldıqları pula "yox" deyə bilməyən bu "xanımlar" sadəcə ermənilərin göndərdikləri mətnin altına öz imzalarını qoymaqla düşmənin çirkin planının bir hissəsinə çevriliblər. Ermənistan isə bütün sahələrdə çirkin kampaniyadan istifadə edəcək; feministlərdən də, cinsi azlıqlardan da.
Ancaq ermənilər öz həmcinslərindən yararlanmaqla Azərbaycan xalqının iradəsinə qarşı gedə bilməyəcəklər. Çünki onların tora saldığı feministlər ancaq ermənilərin hüquqlarını müdafiə edə bilər. Azərbaycanda isə sağlam gənclik yetişib və bu gənclik 44 gün ərzində Ermənistanı diz üstündə oturdub.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 15 avqust 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxəbər enson xeberler bugünki xəbərlər cəbhədən son xəbər