"Ermənilərin planlaşdırdığı "təlimlər" nəinki təxribat, həm də qanunsuz fəaliyyətdir" - Hoqland

Son günlərdə Qarabağda separatçıların təxribatları çoxalıb. Gah mövcud olmayan "parlament"də uydurma "işğal haqqında qanun" "müzakirəyə" çıxarılır, gah "təlimlər" keçirilir, gah separatçılar guya "əhalinin mümkün təxribatlardan mühafizəsi" üçün çalışdıqları görüntüsü yaradırlar. Bütün bu "təhdidlər"in mövcud olması barədə və "əhalinin hazırlanması" ilə bağlı avantüralar erməni təbliğatına xidmət edir.
KONKRET.az-ın məlumatına görə, ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland Trend-ə bildirib ki, digər suveren dövlətin ərazisində "təlimlər"in planlaşdırılması nəinki təxribat, həm də qanunsuz fəaliyyətdir.
"Amma Bakı ilə Yerevan arasında danışıqlar üçün hələ kifayət qədər vaxt var. Rusiya və ATƏT Minsk qrupu da öz rolunu oynaya bilər", – deyə o bildirib.
Amerikalı ekspert Piter Teysin sözlərinə görə isə, erməni separatçıların Qarabağda, Azərbaycanın suveren ərazisində planlaşdırdığı "hərbi təlimlər" Avropa təhlükəsizliyinə ciddi təhdiddir və Cənubi Qafqaz regionunun iqtisadi inkişafına birbaşa təsir göstərir.
"Rusiya artıq konkret tədbirlər görməli və Qarabağda "hərbi manevrlər"in keçirilməsinə yol verməməlidir. Rusiya Qarabağa silah tədarükünün azaldılması ilə bağlı qəti tədbirlər görməlidir. "Hərbi təlimlər"ə diqqətin yönəldilməsi bir daha onu göstərir ki, Ermənistan müharibəni qızışdıran dövlətdir və o faktı da üzə çıxarır ki, Yerevan qonşu ölkələrlə münasibətdə şovinist siyasət yürüdür. Avropa İttifaqı və beynəlxalq təşkilatlar fəaliyyətə keçməli və Azərbaycan mədəniyyətinin tarixi mərkəzi olan Qarabağ regionundakı erməni faşistlərinə qarşı sanksiyalar tətbiq etməlidir", – P.Teys deyib.
Hadisələrin bu gedişatı yalnız iki tərəfə zərər vura bilər: Ermənistana və Rusiyanın sülhməramlı missiyasına. Xaosda batıb qalmış Ermənistan bu cür avantüralarla özünü daha da çıxılmaz vəziyyətə salır. Ermənistan üçün yeganə çıxış yolu 10 noyabr üçtərəfli bəyanatının müddəalarını icra etməkdir.

Siyasi       Tarix: 17 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxəbər son xabar bu gunun xeberleri xeber.az 2026