Ermənilərin Zəngəzurda saldığı alternativ yoldan hər avtomobil keçə bilməyəcək – Qubernatorun ETİRAFI + FOTO
Zəngəzurda Gorus-Qafan avtomobil yoluna alternativ olan yol tezliklə asfaltlanmağa başlayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə bölgənin qubernatoru Robert Qukasyan mətbuat konfransında bildirib.
"Ölkənin mərkəzi rayonlarını cənub və İranla sərhədi birləşdirən Gorus-Qafan magistral yolunun 21 kilometri 44 günlük müharibədən bir neçə ay sonra Azərbaycanın nəzarətinə keçib. Azərbaycan yolda gömrük-keçid məntəqələri quraşdırıb, nəticədə onun istismarı məqsədəuyğun hesab edilmir. Eyni zamanda Zəngəzurda bir neçə kəndin əlaqəsi kəsilib. Bunlar, xüsusən, Şurnuxu, Şahverdilər, Baharxoy və bir sıra başqa yaşayış məntəqələridir", deyə o vurğulayıb.
Qubernator qeyd edib ki, hazırda torpaq işləri başa çatıb və yaxın vaxtlarda asfalt örtüyü döşənəcək:
"Bu yolların relyefi çətindir, ona görə də indi hər növ nəqliyyat keçə bilməyəcək. Bu səbəbdən də kənd sakinləri üçün ictimai nəqliyyat ayrılıb. Yol tikintisi ilə paralel olaraq yaşayış məntəqələrini dayanıqlı suvarma sistemi ilə təmin edəcək kəmər də dəyişdirilir".
Qubernator onu da bildirib ki, bölgə rəhbərliyi Nerkin Xanda yolun asfaltlanmasına da qərar verib.
Roman Göytürk,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun