"Ermənilərlə danışıqlar aparıram" - Hafiz Hacıyevlə MÜSAHİBƏ

Son günlər sülhməramlı kontingenti vasitəsilə Rusiyanın Azərbaycana qarşı açıq şəkildə qəsd etməsi, təhdidlər törətməsi və təxribatlara imza atması geniş vüsət alıb. Xüsusən də rus sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərinin erməni separatçıları tərəfindən ekoloji terrora məruz qalması, faydalı qazıntıların istismar edilməsi ciddi etirazlarla qarşılanır. Buna etiraz olaraq artıq 4 gündür ki, azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri Şuşa-Xankəndi yolunda dinc etiraz akisyalarına start veriblər. Nəzərə alsaq ki, sülhməramlıların fəaliyyət müddətinin bitməsinə hələ 3 il var, deməli, bu özbaşınalıq yenə davam edə bilər. Lakin onu da nəzərə almaq lazımdır ki, kontingentin nə yerli, nə də beynəlxalq mandatı var. Yəni nə Milli Məclis onların gəlişini ratifikasiya edib, nə də mandatları BMT nizamnaməsi ilə tənzimlənib. Belə olan halda gedişat nə vəd edir?
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandırıb:
– Hafiz bəy, hazırda Şuşa-Xankəndi yolunda baş verənlərdən gözləntilər nədir?
– Bütün dünyaya bəllidir ki, Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra erməni separatçılarının və rus sülhməramlılarının nəzarəti altında qalan ərazilərimizdə sərvətlərimiz talanır və Rusiyanın sülhməramlı adı altında Azərbaycana gələn işğalçı ordusu Moskvadan Xankəndinə göndərilən erməni əsilli milyarder Ruben Vardanyanla birləşib sərvətlərimizi talayır. Bu, birmənalı şəkildə Azərbaycan xalqında və dövlətində böyük narazılıq yaradıb. Çünki bizim torpaqlarımızda sərvətlərimizi heç kim özbaşına istismar edə bilməz. Bu baxımdan, bizim media nümayəndələri, qeyri-hökumət təşkilatları, sadə vətəndaşlar, o cümlədən müəyyən tərəfdaşlarımız aksiyaya qoşularaq torpaqlarmızı erməni işğalından müdafiə etməyə, sərvətlərimizin talanmasının dayandırılmasına etiraz edirlər. Çünki bizim buna tam hüququmuz var. Bunu heç kim qadağan edə bilməz. Lakin çox təəssüf ki, bu günə qədər erməniləri himayəsi altında saxlayan sülhməramlı ordu Azərbaycanı yox, ancaq erməni terrorçularını müdafiə edib. Onların orda məskunlaşmasına, Azərbaycan torpaqlarını talamasına, terror-təxribat hadisələri törətməsinə şərait yaradıb, üstəlik, indi də bizim vətəndaşlarımıza azad edilən torpaqlarına keçməsinə icazə vermir.
– Necə ola bilər ki, rus sülhməramlıları İrandan gələn yük maşınlarının, terrorçuların, yaxud qeyri-qanuni səfər edənlərin Qarabağa keçməsinə şərait yaradır, lakin bizi öz ərazilərimizə buraxmır?
– Bu, bizim üçün də çaşdırıcı haldır. Biz elə buna görə mübarizə aparır, haqqımızı tələb edirik. Bütün dünya da bu məsələdə bizim tərəfimizdə olmalıdır. Çünki bizim başqasının torpağında gözümüz yoxdur. Yəqin ki, onların məqsədi başqadır. Elə buna görə, 4 gündür ki, etiraz aksiyaları səngimək bilmir. Düşünürəm ki, hadisələr bu şəkildə davam etsə, bütün Azərbaycan xalqı ora gedib, azad edilən ərazilərdə yaşamaq istədiklərini bildirməlidir. Lakin görünən odur ki, Rusiyanın ali orqanları, o cümlədən prezident Putin öz imzasına hörmət eləmir. Çünki o, imza atdığı bəyannaməyə hörmət etsəydi, bu vəziyyət yaranmazdı. Ona görə də Qarabağda olan vətəndaşlarımız hazırlıq görüb, ora axışmalı, erməni terrorçularının dağıtdığı evlərinə getdiklərini bildirməlidirlər. Hətta orada çadır qurub yaşayacaqlarını deməlidirlər. Onda bütün dünya da görər ki, Azərbaycan 30 il işğal altında qalan ərazilərini azad edəndən sonra vətəndaşlar dədə-baba torpaqlarına qayıtmaq, ölüsünün qəbrini ziyarət etmək istəyir. Amma nə etmək olar ki, bizim də bəxtimizə Rusiyanın işğalçı ordusu düşüb.
– Sülhməramlılar bizi öz ərazilərimizə buraxmır, biz isə israr edirik. Sizcə, bu gedişlə hansı nəticəni əldə etmək olar?
– Düşünürəm ki, yaxın günlərdə buna qəti cavab verilməlidir. Əslində isə heç onların cavablarını gözləməməliyik. Bizim dövlət qurumları, güc strukturları, hüquq-mühafizə orqanları öz torpaqlarına gedib, işə başlamalıdır. Onlar kimdir ki, bizim qarşımızı kəsib mane olur? Onların elə bir səlahiyyətləri yoxdur. Üçtərəfli bəyannamədə bu, göstərilməyib. Biz gedib öz ərazilərimizdə nə edəcəyimizi özümüz planlaşdırmalıyıq. Zamanında ermənilərin, rusların nazıyla çox oynamışıq, amma kifayətdir. Azərbaycan müstəqil ölkədir. Müstəqil ölkə kimi də terrorçuları öz ərazisindən çıxarıb. Geridə qalan hissəsini də onlardan təmizləmək üçün səlahiyyətlərimiz var. Biz heç kimə hesabat verməyə məcbur deyilik ki, sən mənim ərazimdə terrorla məşğulsan, xahiş edirəm, çıx, get. Belə şey ola bilməz. Gördünüz, İlham Əliyev terrorçulara qarşı necə amansız mübarizə apardı, biz də eyni ilə onlara qarşı amansız mübarizə aparmalıyıq.
– Bəs, siz bu istiqamətdə hansısa fəaliyyət göstərirsiniz?
– Mənim Xankəndidə yaşayan ermənilərlə əlaqələrim var, onlarla tez-tez danışıram. Onlar da yaxın günlərdə cənab Prezidentə müraciət etmək fikrindədirlər. Terrorçular sadəcə onlara imkan vermirlər ki, onlar cənab Prezident İlham Əliyevə müraciət etsinlər ki, bizim vətəndaşlığı qəbul etsinlər. Amma biz istənilən halda onlarla müəyyən iş aparırıq ki, onlar terrorçuların axmaq fikirlərinə uymasınlar. Mən ermənicə bildiyim üçün onları daha yaxşı başa salıram ki, terrorçuların və rus işğalçılarının himayəsi altına yaşmaqdansa, müstəqil, tolerant Azərbaycanın nəzarətində yaşamaq daha yaxşıdır. Başa salırıq ki, Azərbaycanda 30 mindən çox erməni var, hamısı da rahat yaşayır, siz onlardan da yaxşı yaşacaqsınız, sizə heç kim heç nə edən deyil. Sizin də nümayəndələrinizi Xankəndidə vəzifəyə təyin edəcəyik, nə lazımdırsa, kömək göstərəcəyik ki, yaxşı yaşayasınız. Onlar mənim apardığım danışıqları ruh yüksəkliyi ilə qarşılayırlar. Amma onları qorxudur və imkan vermirlər ki, qərar versinlər. Onlara imkan versələr, ağ bayraq qaldırıb, Azərbaycan dövlətindən xahiş edərlər ki, onları erməni terrorçularının əlindən qurtaraq. Biz hər şeyi açıb deyə bilmirik, amma işlər aparırıq və bu işlər çox uzun çəkə bilməz. Yaxın günlərdə bu məsələlər yekunlaşmalıdır.
Rusiyanın işğalçı ordusu bu məsələyə münasibət bildirməsə, biz qəti mövqe ortaya qoymalıyıq. Görünür, Putinlə cənab Prezidentin danışığı hələlik bir nəticə verməyib. Bəs, niyə nəticə vermir? Putin niyə öz imzasına hörmət eləmir? Bu da çox maraqlı məsələdir. Çünki Putin öz imzasına hörmət etsəydi, sülhməramlıların komandanı Volkova göstəriş verərdi ki, sizin ixtiyarınız yoxdur yolu kəsməyə, siz ora başqa məqsədlə getmisiniz. Qeyd etmək yerinə düşər ki, üçtərəfli bəyannaməyə görə, bütün məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıtmalıdır. Amma sülhməramlıların nəzarəti altında olan ərazilərimizdə bir nəfər də vətəndaşımız yoxdur. Mən Qarabağda yaşayan Aram kişiylə, Sevan kişiylə, Akopla telefonla danışmışam, deyirlər ki, bura bir nəfər də azərbaycanlı qayıtmayıb. İstəyirlər ki, keçmiş qonşuları geri qayıtsın. Dinc erməni əhalisinin fikri bundan ibarətdir. Bu mənada, düşünürəm ki, yaxın bir neçə gündə gördüyümüz işlər öz nəticəsini verəcək.
– Sülhməramlıların nə yerli, nə də beynəlxalq mandatı var. Yəni onların Azərbaycandakı fəaliyyəti de-faktodur. Məsələyə bu faktdan yanaşsaq, onları 2025-ci ilə qədər, yəni daha tez ölkəmizdən çıxara bilərik?
– Təbii ki, sizin də dediyiniz kimi, onların ölkəmizə gəlişini Milli Məclis təsdiq etməyib, nə də ki, onların fəaliyyəti BMT nizamnaməsinə uyğundur. Onlar işğalçı ordu kimi terrorçuların bir tayıdır. Ona görə də 2025-ci ili gözləmək lazım deyil, onları bir-iki aya ölkədən qovmaq lazımdır. Onlar başa düşməlidirlər ki, artıq Azərbaycan keçmişdəki Azərbaycan deyil. Ona görə də sülhməramlıların Qarabağda heç bir hüququ olmadığına görə, təcili surətdə ordakı erməni vətəndaşlarımızla danışıqları sürətləndirməliyik. Çünki onlar da birlikdə yaşamağa razıdırlar. İşğalçı rus ordusu Qarabağdan çıxandan sonra onlar bizimlə yaşamağa razı olacaqlar. Sadəcə heç bir mandatı olmayan, özünü zorla Azərbaycana pərçim edən Rusiyanın işğalçı ordusu imkan vermir ki, erməni vətəndaşlarımız bizimlə birlikdə yaşasın, Azərbaycan qanunlarına hörmət eləsin.
– Müsahibələriniz birində Xankəndiyə gedib, orada yaşamağa, işləməyə hazır olduğunuzu demişdiniz. Üstəlik, erməni dilini bildiyinizi və onlarla əlaqədə olduğunuzu bildirdiniz. Bu fikriniz yenə də aktualdır?
– Mən Vətənimin, Prezidentimin naminə buna hazıram. Düzdür, orada işləmək, yaşamaq çətindir, hər an ölümlə qarşılaşmaq mümkündür, amma buna baxmayaraq, ölümü də gözə alıb bunu edə bilərik. Yetər ki, bu biabırçılıqdan özümüzü xilas edək. Amma orada milli qüruru, milli qeyrəti olan adam işləməlidir, daha gedib ermənilərdən də rüşvət alan yox. Mənim təklifimə vaxtında qulaq asan olsaydı, bu gün Xankəndinin meri azərbaycanlı idi. Təəssüf ki, biz nədənsə bəzi məsələlərdə gecikirik. Mən əlaqə saxladığım ermənilərə də demişəm ki, yaxın günlərdə bizdən kimsə orada mer olacaq, onlar da sevinirlər ki, nə edirsinizsə, edin, bizi terrorçuların, işğalçı rusların əlindən xilas edin. Ona görə də ora uşaq-muşaq yeri deyil, ora təcrübəli və dünya siyasətindən, regional proseslərdən başı çıxan adam lazımdır. Biz də özümüzü o yerdə görürük. Hətta cənab Prezident fərman versə, gedib qurulan çadırların birində vəzifəmizi elan edib, erməniləri bir-bir qəbul edərik. Bütün dünya da görər ki, artıq Azərbaycanın Xankəndidə meri var, polisi var, bütün dövlət strukturları fəaliyyətə başlayıb. Bu, çox müsbət addım olardı. Dünyada da artıq Qarabağın, Xankəndinin Azərbaycanın olması bir daha öz təsdiqini tapardı. Burada heç bir qəbahətli iş yoxdur, tam qanunauyğun bir məsələdir.
Mərahim Nəsib,
KONKRET.az

Siyasi       Tarix: 16 dekabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün sonxəbər butun xeberler en yeni xeberler