Ermənipərəst hərbi müxbir Moskvada saxlanıldı
İkinci Qarabağ müharibəsi zamanı separatçı ermənilərin fəaliyyətini işıqlandıran rusiyalı hərbi müxbir Andrey Kots Moskvada narkotik vasitə olan marixuana ilə saxlanılıb.
KONKRET.azapa-ya istinadən xəbər verir ki, "RİA Novosti"nin jurnalisti Andrey Kots fevralın 10-na keçən gecə saxlanılıb. Polis əməkdaşları Kotsu Dekabristov küçəsində saxlayıb. Jurnalist nəzərəçarpacaq dərəcədə özünü əsəbi aparıb. Polis onun üzərində axtarış aparmağa qərar verib.
"RİA Novosti" əməkdaşının üzərində naməlum maddə olan bağlama aşkar edilib
Daha sonra müayinə zamanı onun 2 qram ağırlığında marixuana olduğunu məlum olub.
Rusiya mətbuatı hərbi müxbirin özünün cinayət işi ilə üzləşməsi ehtimalının az olduğunu yazıb. Belə ki, onun üzərindən aşkar olunan narkotik vasitəsinin çəkisi çox az olub. Lakin müstəntiqlər Andrey Kotsa marixuana satan naməlum şəxsə qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi maddəsi ilə cinayət işi açmağa hazırlaşırlar.
Qeyd edək ki, Kots qardaşları Andrey Kots "RİA Novosti" agentliyini, qardaşı Aleksandr Kots isə "Komsomolskaya Pravda" qəzetinin hərbi müxbiri kimi) İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlar zonasında hərbi jurnalist kimi fəaliyyət göstəriblər.
Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi