Ermənistan 102-ci bazanı çıxarmaq üçün bəhanə tapdı - ƏTRAFLI

Ermənistan 102-ci bazanı çıxarmaq üçün bəhanə tapdı - ƏTRAFLIAzərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən Ermənistanın Baş naziri təzadlı fikirlərilə siyasi manipulyasiya etdiyini açıq-aşkar büruzə verir. Qarabağda separatizmi dəstəkləyən Paşinyan qondarma rejimə Ermənistan büdcəsindən 400 milyon dollar ayırmaqla Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxır. Bundan başqa, Ermənistan rəhbəri işğalçı imicini üzərindən atmaq üçün Azərbaycanın ərazi bütövlüyünü şifahi tanımaqla siyasi manipulyasiya edir. Ardınca isə Qarabağda erməni separatizminin ildönümü ilə bağlı bəyanatı Paşinyanın siyasi simasını bir daha ortaya qoydu.
Mövzuyla bağlı KONKRET.az-ın suallarını cavablandıran politoloq Turab Rzayev Paşinyanın bu açıqlamasının çox da ciddiyə alınmasının tərəfdarı olmadığını deyib:
Ermənistan 102-ci bazanı çıxarmaq üçün bəhanə tapdı - ƏTRAFLI"Qabaqdan separatçı rejimin ildönümü gəlirdi. Həm daxili müxalifət, həm Qarabağdakı separatçı rejim, həm xaricdəki erməni lobbisi, həm də Paşinyanı hakimiyyətdən uzaqlaşdırıb revanş götürmək istəyən qüvvələr Ermənistan baş nazirinə müəyyən problemlər yaradırlar. Ona görə də ildönümlə bağlı Paşinyan hər hansı açıqlama verməliydi. Bəli, bu açıqlama Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıma prinsiplərinə ziddir. Digər tərəfdən, ifadəsində belə bir mövqe var ki, "nə qədər ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi təmin edilməyib, bu qurum öz varlığını davam etdirməlidir". Paşinyan səbəb olaraq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini görür. Azərbaycan isə ona cavab verə bilər ki, Azərbaycan tərəfi Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsini öz öhdəsinə götürür. Belə olduğu halda Qarabağda hansısa separatçı qurumun qalmasına ehtiyac duyulmur. Bu şərtlər daxilində separatçı rejimə yardım dayandırılmalı və reinteqrasiya prosesi başlanılmalıdır".
Politoloq Paşinyanın Qərb mətbuatına müsahibəsinə də aydınlıq gətirib. Bildirib ki, o, regionda təxribatların Rusiyanın əli ilə törədildiyini çox yaxşı bilir:
"Müharibəni qızışdıran, təxribatlar törədən tərəf böyük ehtimalla Rusiyadır. Azərbaycanın Ermənistanla müharibə aparması üçün elə bir səbəb yoxdur. Bizim çalışdığımız Qarabağdakı ermənilərin reinteqrasiyası prosesidir. Çünki sülhməramlı kontingentin Azərbaycan ərazilərini tərk etmələrinə cəmi iki il qalır. Bu az vaxt ərzində Azərbaycan Qarabağdakı silahlıları tərksilah etməlidir. Halbuki üçtərəfli bəyanata əsasən, bunu Rusiya sülhməramlıları özləri etməliydilər. Əksinə, orada 80 erməni postu qurulub, əlavə səngərlər qazılıb, Çindən dronlar gətirilib. Bütün hallarda Qarabağdakı separatçı ordu gücləndirilib. Deməli, biz qarşıdakı iki il ərzində həm Qarabağdakı ordunu oradan çıxartmalıyıq, tərksilah etməliyik, həm də reinteqrasiya prosesinə başlamalıyıq. Bunun üçün çox az vaxtımız qalıb.
Digər tərəfdən, 44 günlük müharibədə acınacaqlı məğlub olan Paşinyana növbəti məğlubiyyət lazım deyil. Bu, siyasi intihara bərabərdir. Deməli, nə Ermənistan, nə də Azərbaycan genişmiqyaslı müharibə istəyir. Bəs onda bu təxribatları kim törədir? Aydın məsələdir ki, bu sualın cavabını Ermənistan ordusunun baş qərargahında yatan Rusiyaya bağlı qüvvələr bilir. Bundan əvvəl Zəngilan istiqamətindəki təxribatlarda da Paşinyan çıxışında dedi ki, "ali baş komandan mənəmsə, mən belə bir göstəriş verməmişəm".
Həmin vaxt baş qərargahın rəhbərliyinə ciddi irad bildirmişdi. Paşinyan da gözəl bilir ki, baş qərargah göstərişləri Rusiyadan alır. Rusiya niyə bu təxribatları edir? Rusiya düşünür ki, Ukrayna münaqişəsi bitməmiş bölgədə sülh müqaviləsinin bağlanması Rusiyanın maraqlarına uyğun deyil. Sülh müqaviləsi Qərbin iştirakıyla bağlanacaq, digər tərəfdən sülh prosesi başa çatarsa, Azərbaycan sülhməramlıları öz ərazisindən çıxardığı kimi, Ermənistan da 102-ci hərbi bazanı öz ərazisindən çıxaracaq. Ermənistan düşünəcək ki, sərhəddə və Qarabağdakı müharibədə ruslar ona kömək etmədisə, onların Ermənistanda qalması məqbul deyil. Paşinyan da çəkinmədən Qərb mətbuatında Rusiyanın əleyhinə çıxışlar edir və tezliklə Rusiyanın Cənubi Qafqazı tərk edəcəyini deyir".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 06 sentyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən canlı butun xeberler ən son xeberler xəbər az