Ermənistan ATƏT büdcəsinin qəbul olunmasına əngəl oldu - TƏCİLİ

Ermənistan ATƏT büdcəsinin qəbul olunmasına əngəl oldu - TƏCİLİErmənistan ATƏT büdcəsinin qəbul olunmasına əngəl oldu - TƏCİLİ
Ermənistan ATƏT, habelə ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsinin qəbulu prosesini bloklayıb.
Bu barədə Caliber.az diplomatik mənbələrə istinadən xəbər verir.
Bu cür fəaliyyətlərlə rəsmi İrəvan bütün təşkilatın nüfuzuna və funksionallığına zərbə vurur. Çünki, məlum olduğu kimi Ukraynadakı Xüsusi Monitorinq Missiyası ATƏT üçün çox vacib bir "uğur hekayəsidir". Missiyanın büdcəsi 100 milyon avrodur və fəaliyyətində 1000-dən çox işçi iştirak edir. Lakin missiyanın mandatı 31 martda başa çatır və bu vaxta qədər onun uzadılması barədə qərar qəbul edilməzsə, missiyanın fəaliyyəti avtomatik olaraq sona çatacaqdır.
Rəsmi İrəvanın ATƏT-dəki bu cür destruktiv davranışı yalnız onun Kiyevə qarşı düşmən münasibətini nümayiş etdirmir, həm də bütün təşkilatın fəaliyyətinin iflic olmasına gətirib çıxarır. Ermənistanın bu addımının Qərbdə ciddi narazılığa səbəb olması məntiqlidir.
Qeyd edək ki, son dövrdə Ermənistan Xarici İşlər Nazirliyinin fəaliyyəti və Azərbaycana qarşı getdikcə aqressivləşən ifadələri Ermənistanın Baş naziri Nikol Paşinyanın öz xarici siyasət qurumuna nəzarət etmədiyi təəssüratı yaradır. Ermənistanın Xarici İşlər Nazirliyinin müstəqil şəkildə bu cür destruktiv hərəkət etməsi və ya onun xarici nəzarət altında olması sual yaradır. /oxu.az

Siyasi       Tarix: 30 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun hava proqnozu son xəbər metbuat xeberleri