Ermənistan AYAĞA QALXDI: Stalin repressiyası dövründə...
Ermənistanda hakimiyyətin törətdiyi qanunsuzluqlarla etiraz edən Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın və ailə üzvlərinin təqib olunmasına son qoyulması tələbi ilə etiraz aksiyası keçirilib.
Azərtac erməni KİV-nə istinadla xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti binasının qarşısında toplaşan etirazçılar Tovmasyan və onun jurnalist bacısına qarşı təqiblərin siyasi xarakter daşıdığını bəyan ediblər. Onları bildiriblər ki, indi ölkədəki təqiblər 1937-ci ilin repressiyalarını xatırladır.
Ermənistan parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanov qeyd edib ki, indi hakimiyyətin öz mövqeyi ilə razı olmayan insanları təqib etməsi Stalin repressiyası dövründə Yaqoda, Yejov və Beriyanın əməllərinə bənzəyir. O əlavə edib ki, erməni müxalifəti "37-ci il hadisələrinin təkrar olunmaması üçün əlindən gələni edəcək". Sabiq ədliyyə naziri Arpine Ovannisyan isə bildirib ki, Paşinyan hakimiyyəti hüquq-mühafizə orqanlarını "qırmızı xətti" keçməyə və özünə sərf etməyən fikirlər səsləndirən insanları təqib etməyə məcbur edir. Onun sözlərinə görə, iqtidar öz hərəkətləri ilə insan ləyaqəti prinsipini ayaqlar altına atır.
Xatırladaq ki, Paşinyan hökumətinin təzyiqi ilə Ermənistan prokurorluğu Hrayr Tovmasyanın və ailə üzvlərinin əmlakını siyahıya alıb və Konstitusiya Məhkəməsinin sədrinə qarşı cinayət işi açmaq istəyir. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək