"Ermənistan-Azərbaycan münaqişəsi: Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ilə müsahibə

"Ermənistan-Azərbaycan münaqişəsi: Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ilə müsahibə"Ermənistan-Azərbaycan münaqişəsi: Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ilə müsahibə"
Ermənistanla Azərbaycan arasındakı böhran yeni bir təhlükəli mərhələni aşdı. Fransız oxucular isə daha çox erməni tərəfinin münaqişə ilə bağlı mövqeyini KİV-dən ətraflı şəkildə öyrənir.
Obyektivlik və intellektual dürüstlük baxımından söz Azərbaycan tərəfinə verilməlidir ki, fransız oxucu öz rəyini formalaşdıra bilsin. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov son həftələrdə müşahidə olunan eskalasiya fonunda suallarımızın fransız dilində cavablandırılmasına razı oldu.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın Agoravox.fr portalında dərc edilmiş "Ermənistan-Azərbaycan münaqişəsi: Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ilə eksklüziv müsahibə" adlı yazıda bildirilib.
E.Əmirbəyov müsahibəsində cari ilin iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin törətdiyi hərbi təxribatla, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verib.
İyulun 12-də erməni silahlı qüvvələrinin törətdiyi hərbi təxribat nəticəsində 11 hərbiçinin və 1 mülki şəxsin öldürüldüyü, ölkəmizin erməni təxribatına cavab reaksiyasından bəhs olunub.
Qeyd edilib ki, erməni təxribatının əsas məqsədi yeni mövqeləri ələ keçirməklə işğal olunmuş zonanı genişləndirmək, sərhəd bölgəsində yaşayan mülki əhalini qorxudaraq, öz evlərindən didərgin salmaq olub.
Həmçinin, bu qanlı təcavüz Ermənistan hakimiyyətinin müharibəni başlamaqla öz ölkəsinin başına gətirdiyi fəlakətli iqtisadi və sosial vəziyyəti xalqına unutdurmaq məqsədi daşıyır. Ermənistan rəhbərləri Ermənistan-Azərbaycan münaqişəsinə bölgənin digər ölkələrini, eləcə də üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da cəlb etmək istəyirdi.
"Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan bu cinayət əməlləri ilə işğalçılıq siyasətini davam etdirmək niyyətində olduğunu bir daha göstərib. Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı apardığı təcavüz siyasətini və sərhəddəki təxribatlarını sərt şəkildə pisləməyə çağırırıq.
Sərhədlərdə vəziyyətin gərginləşməsinə səbəb olan belə təxribatların məsuliyyəti tamamilə Ermənistan rəhbərliyinin üzərinə düşür. Aydın məsələdir ki, Ermənistanın indiki hakimiyyətinin yürütdüyü siyasət, nəyin bahasına olursa-olsun sülh danışıqlarından və Azərbaycan ərazilərini azad etmək öhdəliyindən yayınmaqdır", - deyə E.Əmirbəyov diqqətə çatdırıb.
Müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında geniş məlumat verilib. Dağlıq Qarabağ bölgəsində azərbaycanlı və erməni icmalarının birlikdə yaşaması üçün heç bir problemin olmadığı qeyd edilib. Ancaq erməni rəhbərlərinin irqçi çıxışlarının buna mane olduğu bildirilib.
Azərbaycanda insanlara mənşəyinə, irqinə və dininə görə fərq qoyulmadığı, bütün vətəndaşların təməl hüquqlarına və bərabərliyinə zəmanət verildiyi vurğulanıb. Dünyəvi dövlət olan Azərbaycanın mədəniyyətlərarası və dinlərarası beynəlxalq platforma olduğu qeyd edilib.
Müsahibədə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlardan da bəhs olunub. /oxu.az

Siyasi       Tarix: 05 avqust 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


yeni xeberler azerbaycan xeberleri son xeberler xankendi qurban bayrami 2026 maşın realiti şou xeber az