"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır" - Paşinyan
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır.
KONKRET.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan parlamentdə 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatla çıxış edərkən deyib.
"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və biz Ermənistan SSR-in bütün ərazisini Ermənistan kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyirik.
Ermənistan və Azərbaycan arasında sülh sazişi o zaman real olacaq ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü birmənalı şəkildə, qeyri-müəyyənlik və hiylə olmadan tanısın və əbədi olaraq bir-birinə ərazi iddiası irəli sürməyəcəyinə söz versin", – deyə Paşinyan bildirib.
O, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Praqa və Soçi görüşlərində razılaşdığını bildirib.
"Bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və Azərbaycanın da eyni addımı atmasını gözləyir", – o deyib.
Xuraman Etibarlı,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir