"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa, bölgəyə uzunmüddətli sülh gələcək
"Biz öz mövqeyimizi dəfələrlə bildirmişdik. Mən bir neçə dəfə öz sözümü açıq demişdim ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın".
AZƏRTAC xəbər verir ki, bu sözləri "CNN Türk" televiziya kanalına müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Bu günə qədər Ermənistandan müsbət cavab alınmadığını vurğulayan dövlətimizin başçısı bildirib: "Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünki biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir".
Yolların açılmasının, Zəngəzur dəhlizinin yaradılmasının, bütün ticarət əlaqələrinin bərpasının, yəni, Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsinin bizim maraqlarımıza cavab verdiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib: "Hesab edirəm ki, Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq".

"Qadın Dəstək Xətti"nə zənglərin sayı iki dəfə artdı
Azərbaycanda pensiyaçıların sayı niyə azalır? - Rəqəmlər açıqlandı
"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO
Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir - FOTOLAR
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib
Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi
Rusiya bombaladı, 13 yaşlı idmançı öldü
Füzulidə yanğın: əlavə qüvvə cəlb edildi
Nağdsız ödənişlər artsa da, bankomat növbələri niyə bitmir? – Ekspertlərdən açıqlama
Bəndər-Abbasın şərqində dörd partlayış baş verib
Əhmədinejad MOSSAD rəhbəri ilə görüşüb, indi həbsdədir - KİV
Mobil telefona görə imtahana buraxılmayan gənc itkin düşdü
Kirayəçi hansı hallarda evdən çıxarıla bilər?