Ermənistan Bişkekə gəlməməklə sülhün əleyhinə olduğunu bir daha sübut etdi' - RƏY

Ermənistan Bişkekə gəlməməklə sülhün əleyhinə olduğunu bir daha sübut etdi' - RƏYXəbər verdiyimiz kimi, oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstana səfər edib.
Səfər çərçivəsində ötən gün Azərbaycan Prezidenti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü baş tutub.
Bu gün isə MDB liderlərinin geniştərkibli görüşü keçiriləcək. 
Bişkek toplantısından gözləntilər nədir?
Məsələ ilə bağlı azxeber.com-a şərh verən politoloq İlyas Hüseynov deyib ki, Qərb Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında qəti iştirak etmir:
Ermənistan Bişkekə gəlməməklə sülhün əleyhinə olduğunu bir daha sübut etdi' - RƏY"Prezident İlham Əliyev Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə MDB Dövlət Başçılarının toplantısında iştirak edir. Bu görüşdə gözlənilirdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edəcək. Lakin Paşinyan "işlərinin çoxluğundan" istifadə edərək toplantıya qatılmadı. Əlbəttə ki, Nikol Paşinyan üçün Qərb müstəvisində təmasların keçirilməsi daha uyğundur. O çalışır ki, Qərbdə onun arxasında duran qüvvələr Ermənistan üçün daha uyğun şərtlərlə danışıqların gedişini formalaşdırsınlar. Lakin təbii ki, təkcə Qərb Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında iştirak etmir. Burada Rusiya amili də nəzərə alınmalıdır".
Siyasi şərhçi hesab edir ki, Bişkek görüşü Azərbaycanın bir daha sülhə sadiq olduğunu əyani sübut etdi:
"MDB-də Rusiya aparıcı və əsas güc hesab edilir. Məhz bu səbəbdən görüş reallaşmadı. Digər tərəfdən, bu, Azərbaycan üçün də çox yaxşı bir fürsətdir ki, MDB müstəvisində əməkdaşlığın gücləndirilməsinə nail olsun və danışıqlarla siyasi, iqtisadi, humanitar və s. əlaqələr daha da möhkəmləndirilsin. Düşünürəm ki, Azərbaycan tərəfi bu istəyə nail oldu. Əməkdaşlığın müxtəlif sahələrinin inkişaf etdirilməsi turizm, kənd təsərrüfatı, müasir texnologiyalar istiqamətində də müəyyən irəliləyişə nail olmaq mümkündür. Eyni zamanda, Azərbaycan Prezidentinin Rusiya lideri ilə görüşü baş tutdu və burada geosiyasi və təhlükəsizlik məsələləri də müzakirə olundu. Biz görürük ki, sülhməramlıların müşahidə məntəqələri artıq ləğv olunur. Sülhməramlıların gələcəyi regional təhlükəsizlik məsələlərinin müxtəlif aspektlərdən müzakirəsi də bu görüşdə keçirilib. Azərbaycan yenidən sülhə sadiq olduğunu və sülhə maraqlı olduğunu nümayiş etdirsə də, Ermənistan bu görüşdə iştirak etməməklə sülhün əleyhinə olduğunu bir daha sübut etdi".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 13 oktyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam az xeberler cəbhədən son xəbərlər 2026 xeber saytlari