"Ermənistan bu məsələni artıq özü həll edə bilər"
"Zvarnots" aeroportunda rusiyalı sərhədçilərin xidmətinin dayandırılması Ermənistanın artıq bu məsələni özü həll etmək imkanına sahib olması ilə əlaqədardır".
KONKRET.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu həmin ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Əvvəllər rusiyalı sərhədçilərin iştirakı gənc Ermənistan dövləti üçün dəstək qismində idi və onların Ermənistanın buna ehtiyacı olduğu müddətcə bu funksiyanı yerinə yetirməsi planlaşdırılırdı. Lakin artıq Ermənistan "Zvarnots" hava limanında sərhəd xidmətini özü həyata keçirə bilər", – deyə Mirzoyan qeyd edib.
O, sözügedən aeroportda rusiyalı sərhədçilərin xidmətinin dayandırılması ilə bağlı Rusiyaya məlumat verildiyini açıqlayıb. Onun sözlərinə görə, məlumat müvafiq xidmət kanalları vasitəsilə göndərilib. Bununla belə, Ermənistanın XİN rəhbəri bu məlumatın nə vaxt göndərildiyini qeyd etməyib.
Xatırladaq ki, martın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin bu məsələ ilə bağlı Rusiyaya rəsmi məktub göndərildiyini bəyan edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto