Ermənistan diplomatiyasının fiaskosu və Paşinyanın "qələbəsi" - ŞƏRH
Cənubi Qafqazda hərbi-siyasi vəziyyətə nəzarət edən Azərbaycan düşmənin hər bir təxribatına vaxtında cavab verir. Hərbi sahədə olduğu kimi, diplomatiyada da Ermənistanı susduran ölkəmiz düşmən tərəfin bütün cəhdlərini ustalıqla zərərsizləşdirir. İki gün əvvəl BMT TŞ-nin növbədənkənar iclasında Azərbaycandan şikayət edən Ermənistanın istəyi yalnız kağız üzərində qaldı və ermənilər diplomatiya cəbhəsində də məğlub oldular. İndi Ermənistanda bu mövzu daha aktualdır. Dünən baş nazir Nikol Paşinyan hökumətin iclasında Ermənistanın "nailiyyəti"ndən danışıb. Amma heç kim Paşinyana hansı uğuru qazanması barədə sual ünvanlamayıb.
Paşinyan hesab edir ki, TŞ üzvlərinin Laçın yolundan danışması ermənilər üçün uğurdur. Əslində daxili auditoriyaya hesablanan belə sərsəm bəyanatlar imitasiya xarakteri daşıyır. Eyni zamanda, Ermənistanda hesab edirlər ki, bir neçə gündən sonra BMT TŞ əvvəlki iclasın yekununa uyğun qətnamə qəbul edəcək.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural Əliyev belə bir qərarın regionda onsuz da kövrək olan münasibətləri yenidən gərginləşdirə biləcəyini deyib.
Əlavə edib ki, BMT TŞ-nin iclası gözlənilən nəticəni verdi:
"Biz oradan hər hansı qərar, qətnamə gözləmirdik. Çünki BMT TŞ-nin qəbul etdiyi qətnamə tövsiyə xarakterli deyil. Əgər belə bir qətnamə qəbul edilərsə, həmin dövlətə qarşı məcburi xarakter daşıyacaq. Belə bir qətnamə birbaşa olaraq Azərbaycanın suveren hüquqlarına qarşıdır. Orada təmsil olunan ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, demək ki, bu cür qətnamənin heç bir hüquqi-siyasi əsası yoxdur. Bu, məsələnin birinci tərəfidir. İkincisi, fərz edək ki, bundan sonra hansısa sənəd qəbul edilir. Həmin sənəd də tövsiyə xarakterli olacaq. Bu sənədlərdə alternativ marşrutlar qeyd olunacaq. Laçın yolu ilə paralel Ağdam – Xankəndi marşrut xətləri də ora salınacaq. Əgər doğrudan da orada "humanitar böhran" yaşanırsa, yüklərin haradan daxil olması heç bir əhəmiyyət kəsb etməyəcək. Əsas insanlara ediləcək yardımlardır.
Bilirik ki, Qarabağda humanitar böhran yoxdur, bunun arxasında siyasi maraqlar var. Və regionda marağı olan ölkələr bundan bir-birilərinə qarşı alət kimi istifadə etmək istəyirlər. Orada qərar qəbul edilməsə də, bunu gündəmdə saxlamaqla bir növ Cənubi Qafqazda münaqişənin tam olaraq sönməsinə imkan vermirlər. Ona görə də Ermənistanla Azərbaycan arasında normallaşma və yekun sülh müqaviləsinin imzalanması ləngidilir. Ermənistan da öz havadarlarına arxayın olaraq destruktiv fəaliyyətini davam etdirir. Əgər BMT TŞ-də Azərbaycan əleyhinə hər hansı sənəd qəbul edilərsə, bu, Ermənistanı arxayınlaşdırar və düşmənin atacağı hərbi təxribatlara cavab olaraq eskalasiya baş verə bilər.Və bütün bunlar regionda onsuz da kövrək olan münasibətləri yenidən gərginləşdirər".
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ