"Ən təhlükəsi hücumlar deyil, bizim susmağımızdır

Emin Əfəndi,
Lev Tolstoy deyirdi ki, insan üçün ən təhlükəli an məqsədə çatdığı andır, çünki həmin anda o, nəyə sahib olduğunu unutmağa başlayır. Biz də bunu yaşadıq.
Bir vaxtlar torpaqlarımızın bir kəndinin belə geri qayıdacağını təsəvvür etmirdik. Bu, daha çox ürəyi ovudan bir arzu kimi səslənirdi. "Gələn il bu bayramı Şuşada, Cıdır düzündə qeyd edək" cümləsi uzun müddət sadəcə primitiv bir təsəlli idi. Bu gün isə həmin cümlə ümumiyyətlə leksikonumuzdan itib.
Amma bu reallıq göydən düşmədi. Onun arxasında siyasi iradə, məsuliyyət və dövlət marağını hər şeydən üstün tutan mövqe dayanır. Elə buna görə də İlham Əliyev bir çoxları üçün sadəcə prezident deyil, ölkənin taleyində dönüş yaradan lider kimi qəbul olunur. Bu mövqe yalnız müharibə dövründə yox, sonrakı illərdə də özünü göstərdi. Xüsusən beynəlxalq məsələlərdə, o cümlədən Ukrayna mövzusunda Azərbaycanın prinsipial və balanslı xətt saxlaması asan qərar deyildi. Böyük təzyiqlər fonunda belə dövlət maraqlarını qoruyan mövqe nümayiş etdirildi və bu, siyasətdə bəzən qələbə qədər çətin olur.
Zaman keçir və ən böyük hadisələr belə adiləşir. Dünənin möcüzəsi bugünün adi xəbərinə çevrilir. Elə bu adiləşmənin fonunda dövlət başçısına və ailəsinə qarşı hücumlar artır, ittihamlar səslənir, qaralama cəhdləri çoxalır.
Ən təhlükəlisi isə hücumlar deyil. Ən təhlükəlisi bizim susmağımızdır.
Çünki dövlət təkcə sərhədlərlə qorunmur. Sülhü və sərhədləri əsgər, dövlətçiliyi isə cəmiyyət qorumalıdır. Biz susduqca, dünənin qələbəsini adiləşdirdikcə, əslində sabahın riskini böyüdürük.
Tolstoyun bir fikri də var ki, insan yalnız itirmək qorxusu yarananda sahib olduqlarının dəyərini anlayır. Kaş biz o mərhələyə çatmadan anlayaq. Dövlət də, qələbə də, sabitlik də yalnız o zaman qalıcı olur ki, insanlar onların qiymətini vaxtında dərk etsin. / azxeber.com

Siyasi       Tarix: 17 fevral 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat


yeni xeberler azerbaycan xeberleri son xeberler sou xeberler cəbhədən son xəbərlər futbol xeberleri son.xeberler