Keçmiş bakılı və sabiq KQB əməkdaşı Azərbaycan dərsliklərində nə tapdı? - SENSASİYA

Keçmiş bakılı və sabiq KQB əməkdaşı Azərbaycan dərsliklərində nə tapdı? - SENSASİYARusiyanın Dövlət Dumasının deputatı Andrey Luqovoy Mərkəzi Asiya ölkələrini və Azərbaycanı "rusofobiyada" ittiham edib. Onun sözlərinə görə, bu ölkələrdə nəşr olunan tarix dərsliklərində guya "rusofob narrativlər" yer alır. Ekspert dairələri isə hesab edir ki, bu ittihamlar Rusiyanın informasiya gündəmində formalaşmış dominant ritorikaya tam uyğun gəlir.
KONKRET.az xəbər verir ki, Luqovoy Bakıda sovet zabiti ailəsində dünyaya gəlib və uzun illər sovet, daha sonra isə Rusiya xüsusi xidmət orqanlarında çalışıb. 2006-cı ildə isə Böyük Britaniyanın hüquq-mühafizə orqanları onu sabiq FSB polkovniki Aleksandr Litvinenkonun zəhərlənməsində əsas təşkilatçı kimi ittiham edib.
Sonradan Britaniya məhkəməsi Litvinenkonun "FSB-nin xüsusi əməliyyatı nəticəsində, ehtimal ki, şəxsən o dövrdə FSB rəhbəri olan Nikolay Patruşev və Rusiya prezidenti Vladimir Putinin razılığı ilə öldürüldüyünü" bəyan edib. Bu ittihamlardan sonra Rusiya hakimiyyəti Luqovoya deputat toxunulmazlığı verərək onu məsuliyyətdən qoruyub.
Məqalədə qeyd olunur ki, Luqovoy yalnız nadir radioaktiv maddə olan poloniumla həyata keçirilən sui-qəsdlə deyil, həm də keçmiş sovet respublikalarının müstəqil siyasətinə qarşı aqressiv ritorikası ilə tanınır. O, bu ölkələrin Rusiya ilə inteqrasiyadan imtina etməsini "nankorluq" kimi qiymətləndirir.
Keçmiş bakılı və sabiq KQB əməkdaşı Azərbaycan dərsliklərində nə tapdı? - SENSASİYALuqovoyun narazılığına səbəb olan əsas məqam Qazaxıstanın tarix dərsliyində yer alan bir hissə olub. Həmin hissədə repressiyalar, aclıq, ekoloji fəlakətlər və ruslaşdırma siyasətinin qazax xalqına vurduğu zərərdən bəhs edilir. Deputat bunu "informasiya müharibəsi" kimi qiymətləndirib.
O, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tacikistan dərsliklərində çar Rusiyasının kolonial siyasəti, kollektivləşmə nəticəsində yaranan aclıq, Stalin repressiyaları və deportasiyalar mövzusunun işıqlandırılmasını "rusofobiya" adlandırıb. Luqovoy hesab edir ki, bu xalqlar Moskvaya "tarixi keçmişlərinə görə minnətdar olmalıdırlar".
Deputat YouTube-da yayımladığı videoda dərslik müəlliflərinə qarşı tədbir görülməsini də tələb edib. O, hazırda Rusiyada çalışan bəzi tarixçilərin "Qərb xüsusi xidmətlərinin təsiri altında" olduğunu iddia edib.
Keçmiş bakılı və sabiq KQB əməkdaşı Azərbaycan dərsliklərində nə tapdı? - SENSASİYASon illər Rusiya rəsmiləri və təbliğatçılar Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini tez-tez Kremlin siyasətinə qarşı çıxmaqda günahlandırırlar. 2022-ci ildən sonra isə "Ukrayna ssenarisi" ilə hədələr daha da artıb.
Azərbaycan da daxil olmaqla, region ölkələrinin paytaxtlarında bu cür bəyanatlara əsasən rəsmi reaksiya verilmir. Oxşar yanaşma Mərkəzi Asiya dövlətlərində də müşahidə olunur.
Keçmiş bakılı və sabiq KQB əməkdaşı Azərbaycan dərsliklərində nə tapdı? - SENSASİYABununla belə, Qazaxıstanda bəzi politoloqlar Luqovoyun açıqlamalarına sərt reaksiya veriblər. Hüquq müdafiəçisi Sergey Duvanov bildirib ki, bu yanaşma imperiya təfəkkürünün təzahürüdür:
"İmperiya dağılmışdı, indi onu yenidən yığmağa çalışırlar. Kim fərqli tarix göstərmək istəyirsə, ona qarşı müharibə aparılır. Ukrayna buna nümunədir".
Politoloq Dosım Satpayev isə hesab edir ki, Moskvanın postsovet ölkələrinə münasibəti dəyişməyəcək, yalnız təzyiq metodları müharibənin nəticəsindən asılı olaraq fərqlənəcək.
Məqalədə vurğulanır ki, Rusiya-Ukrayna müharibəsi artıq dörd ilə yaxındır davam edir. Bu müddətdə Rusiya Ukrayna ərazisinin təxminən 20 faizini işğal edib, böyük insan və iqtisadi itkilər verib. Hazırda münaqişə mövqelər savaşı mərhələsinə keçib və Rusiya mütəmadi olaraq Ukrayna şəhərlərinə zərbələr endirir.
Mənbə: haqqin.az
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 18 fevral 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat


yeni xeberler azerbaycan xeberleri son xeberler sou xeberler cəbhədən son xəbərlər futbol xeberleri son.xeberler