Bir ailənin faciəsi: Mətbəximizdəki görünməyən təhlükələr — AÇIQLAMA

Bir ailənin faciəsi: Mətbəximizdəki görünməyən təhlükələr — AÇIQLAMASon günlər bir ailənin 4 üzvünün qidadan zəhərlənməsi və 11 yaşlı uşağın həyatını itirməsi ilə bağlı xəbər narahatlıq yaradıb. Hadisə qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirərək belə halların nə qədər yayğın olduğu sualını doğurur.
KONKRET.az xəbər verir ki, qida eksperti Fərid Səfərov Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür xəbərlər cəmiyyətdə haqlı narahatlıq yaradır və qida zəhərlənməsi bütün dünyada rast gəlinən mühüm ictimai sağlamlıq problemidir.
"Əksər hallarda yüngül keçsə də, uşaqlar, yaşlılar, hamilələr və xroniki xəstəliyi olan şəxslər üçün ağırlaşma riski yaradır. Qida zəhərlənmələrinin əsas səbəbləri bakterial çirklənmə, çiy və ya az bişmiş ət, çiy süd və yumurta, yaxşı yuyulmayan tərəvəzlər, otaq temperaturunda saxlanılan yeməklər, ev konservləri, soyuq zəncirin qırılması, gigiyena qaydalarına əməl olunmaması və vaxtı keçmiş məhsullardır. Ailəvi zəhərlənmələr adətən eyni qidanın istifadəsi nəticəsində baş verir," – deyə o əlavə edib.
Ekspert qeyd edib ki, ictimai sağlamlıq sistemi qida təhlükəsizliyinə nəzarət edir, obyektlərdə yoxlamalar aparır, laborator analizlər həyata keçirir və yararsız məhsulları dövriyyədən çıxarır:
"Zəhərlənmə hallarında mənbə müəyyənləşdirilir, maarifləndirmə tədbirləri görülür və qayda pozuntularına qarşı hüquqi addımlar atılır. Belə halların qarşısının alınması həm dövlət nəzarəti, həm də fərdi məsuliyyət tələb edir. Qida təhlükəsizliyi hər bir ailənin gündəlik davranışları ilə birbaşa bağlıdır".
Qeyd edək ki, Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb. Qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri – bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib. Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırlıb.Xəstəxanadan bildirildiyinə görə, yenidən xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü qeydə alınıb.İlkin məlumata görə, ailənin zəhərlənməsinin səbəbinin konservləşdirilmiş tərəvəz məhsulu olduğu ehtimal edilir.

Hadisə       Tarix: 17 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda 20 yaşlı oğlanı bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanay

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər son xabar xeberler bugun 2026 hava durumu