Kəndlərdən Bakıya niyə axın var? - İşsizlik, yoxsa bəyənilməyən "işlər"?

Kəndlərdən Bakıya niyə axın var? - İşsizlik, yoxsa bəyənilməyən Rayonlarda əmək bazarında bir sıra sahələr üzrə kadr çatışmazlığı müşahidə olunur. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, işəgötürənlər xüsusilə texniki ixtisaslar, satış və marketinq, mühasibatlıq və maliyyə, tikinti və fiziki əmək, kənd təsərrüfatı və heyvandarlıq, ticarət, turizm, eləcə də ofis və inzibati sahələrdə uyğun mütəxəssis tapmaqda çətinlik çəkirlər. Mövcud vəziyyət regionlarda əmək bazarının struktur problemlərini yenidən gündəmə gətirir.
Sosioloq Üzeyir Şəfiyev azxeber.com-a açıqlamasında bildirib ki, son illərdə paytaxta və digər iri şəhərlərə güclü miqrasiya axını müşahidə olunur:
"Artıq bir neçə ildir ki, rayonlardan paytaxta və digər mərkəzi şəhərlərə güclü axın var. Kəndlər və rayonlar boşalır, əhali əsasən paytaxta və iri şəhərlərə köçür. Bu səbəbdən vətəndaşların yenidən doğma yurd-yuvalarına qayıtmasını stimullaşdıracaq təşviq mexanizmlərinə ehtiyac var".
O, nümunə kimi Türkiyədə tətbiq olunan layihələrə diqqət çəkib:
"Məsələn, Türkiyədə "çiftçi layihəsi" həyata keçirilir. Layihəyə əsasən, şəhərdən kəndə qayıdan vətəndaşa dövlət tərəfindən 300 sığortalı qoyun verilir. Şərtə görə, vətəndaş üç il ərzində təsərrüfatı qoruyur və bu müddətdə ona müəyyən məbləğdə maaş ödənilir. Üç ildən sonra isə təsərrüfatın gəlirindən sərbəst istifadə etmək imkanı yaranır.
Bundan əlavə, bəzi hallarda kənd təsərrüfatı fəaliyyəti üçün 50–60 min manat həcmində maliyyə vəsaiti ayrılır ki, vətəndaş kənddə öz təsərrüfatını qura bilsin".
Sosioloq qeyd edib ki, Azərbaycanda da buna bənzər təşəbbüslər mövcuddur:
"Azərbaycanda oxşar layihələr özünüməşğulluq proqramı çərçivəsində həyata keçirilir. Lakin bu proqramların əhatə dairəsini genişləndirmək və daha motivasiyaedici mexanizmlər tətbiq etmək məqsədəuyğun olardı. Bu, həm aqrar sektorun inkişafına təkan verər, həm də regionlardan paytaxta axının qarşısını müəyyən qədər ala bilər. Nəticədə paytaxt və iri şəhərlərin həddindən artıq yüklənməsi azalır, regionlarda isə demoqrafik balans qorunur".
Ekspert əlavə edib ki, təbii artım göstəriciləri ənənəvi olaraq regionlarda daha yüksək olub, lakin güclü miqrasiya fonunda bu sahədə də azalma müşahidə edilir.
Ü.Şəfiyev vurğulayıb ki, yeni iş yerləri ilə yanaşı əlavə stimullaşdırıcı alətlər də tətbiq olunmalıdır:
"Bəzi ölkələrdə regionlarda əməkhaqqı paytaxtla müqayisədə daha yüksək müəyyən edilir ki, bu da əhalinin bölgələrə axınını təşviq edir. Azərbaycanda isə regionlarda əməkhaqqı paytaxt və iri şəhərlərlə müqayisədə xeyli aşağıdır.
Bundan başqa, kənd sakinlərinin öz məhsullarını bazara çıxarması üçün əlverişli şərait yaradılmalıdır. Şəhərlə kənd arasında iqtisadi, sosial və mənəvi fərqlər minimuma endirilməlidir. Səhiyyə, təhsil və digər əsas xidmətlərə əlçatanlıq regionlarda paytaxt səviyyəsinə yaxınlaşdırılmalıdır. Hazırda kənd və rayonlarda həkim və müəllim çatışmazlığı mövcuddur. Mədəni-kütləvi tədbirlərin təşkili də bu baxımdan vacibdir".
Şahanə Ziyad

Sosial       Tarix: 16 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


azerbaycan xeberleri son xeberler yeni xeberler maliyye xeberler bugun cebheden xeberler son xeberler 2026 son xeberler az