Ermənistan İranı maraqlandırmır: "Ortada Azərbaycan faktoru var və bu, ön plandadır"
"Ermənistan və İran Türkiyə-Azərbaycan ittifaqına qarşı birləşə bilər. Bu barədə Ermənistanın müxalifət partiyasının lideri Artur Vanetsyan fikir səsləndirib. Onun bu fikirləri həm ölkəsində, həm də regionda birmənalı qarşılanmayıb. Bəs görəsən, İran və Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı birləşməs dedikdə nə nəzərdə tutulur? Ümumiyyətlə, bu birləşmə bizə hər hansısa bir təhdid vəd edirmi? İran və Ermənistan Azərbaycan və Türkiyəyə qarşı nə kimi addımlar ata bilər?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Turan Rzayevin sözlərinə görə, Ermənistan və İranın Azərbaycan-Türkiyə ittifaqına qarşı birləşəcəyi inandırıcı görünmür: "Ümumiyyətlə, bu tipli bir birləşmənin məğzi və məntiqi olmalıdır. Onsuz da Tehran və Bakının mövcud gərginliyi fonunda Türkiyə və Azərbaycanın təmasları aktiv şəkildə davam edir. Artur Vanetsyanın dedikləri isə müxalifət liderinin fikirlərindən başqa bir şey deyil. Ənənəvi anti-türk ritorikasından çıxış edirlər. Onlar dəyişən reallıqları və şərtləri görmək istəmirlər. Türkiyə və İran arasında fərqli sahələrdə müqavilələr mövcuddur. Bu iki ölkə uzun müddətdir ki, bir-birini siyasi arenada görür. Məsələn, Tehran Fələstini qızışdırır və bu yolla Türkiyənin İsraillə münasibətinin normallaşmasının qarşısını almağa çalışır. Bu istiqamətdə belə bir təxribat mümkündür. Amma sırf Azərbaycana qarşı Ermənistan və İranın birləşməsi inandırıcı deyil".
Politoloq əlavə edib ki, Ermənistan hazırda bizim real müharibə şəraitində olduğumuz bir ölkədir: "Qarabağ məsələsi böyük ölçüdə həll olunsa da, hələ ortada sülh müqaviləsi yoxdur, Zəngəzur dəhlizi açılmayıb və sərhədlərin bölgüsü aparılmayıb. Bütün bunların fonunda İranla gərginliyimiz də davam etməkdədir. Odur ki, İran və Ermənistan bir-birinə "düşmənimin düşməni mənim dostumdur" prinsipi ilə yanaşır. Yəni Tehran və İrəvanın təkcə Azərbaycana qarşı birləşməsini inkar etmək olmaz. Amma sırf Türkiyə-Azərbaycan ittifaqına qarşı birlik qurmaları inandırıcı səslənmir. Bu tip gərginliklər vaxtaşırı baş verir. İran bütün gərginliklərdə qarşısında Türkiyəni görüb. Buna görə də, Ermənistan-Azərbaycan gərginliyində rəsmi Bakının qarşısına özü çıxır. Özünü guya Ermənistanı müdafiə edirmiş kimi göstərməyə çalışır. Əslində isə İrəvan Tehranı qətiyyən maraqlandırmır. Ortada Azərbaycan faktoru var və bu, daha ön plandadır".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir