"Ermənistan keçmişdəki müharibəyə, Azərbaycan isə gələcək müharibəyə hazırlaşmışdı" - MÜSAHİBƏ

"Ermənistan keçmişdəki müharibəyə, Azərbaycan isə gələcək müharibəyə hazırlaşmışdı" - MÜSAHİBƏ"Ermənistan keçmişdəki müharibəyə, Azərbaycan isə gələcək müharibəyə hazırlaşmışdı" - MÜSAHİBƏ
Qarabağdakı müharibə bitdi və nə qədər çox zaman keçirsə, erməni tərəfdən bir o qədər çox təfərrüatlar və etiraflar ortaya çıxır.
Ermənistan silahlı qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Akopyanın Ermənistan ordusundakı kütləvi fərarilikdən, İrəvanın "İsgəndər" operativ-taktiki raket kompleksindən (OTRK) istifadəsinə və sair məqamlara dair səs-küylü açıqlamalar oldu.
Media.Az-a verdiyi müsahibədə, Rusiyanın aparıcı hərbi ekspertlərindən biri, Rusiya siyasi və hərbi analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixi Ermənistan hərbi rəhbərliyində təmsil olunan şəxslərin açıqlamalarını şərh edib, döyüş əməliyyatlarının nəticələri ilə bağlı fikirlərini bölüşüb.
- Müharibə hərbi nöqteyi-nəzərdən nəyi göstərdi?
- Ermənistan keçmişdəki müharibəyə, Azərbaycan isə gələcək müharibəyə hazırlaşmışdı. Buna görə bir sözlə ifadə etsək, Azərbaycan qalib gəldi.
- İndi döyüş əməliyyatları ilə bağlı yeni təfərrüatlar ortaya çıxır. Ermənistan silahlı qüvvələrinin Baş Qərargahının keçmiş rəhbəri Movses Akopyanın mətbuat konfransını xatırlamaq kifayətdir. O bildirdi ki, Ermənistan müharibə zamanı "İsgəndər" operativ-taktiki raket kompleksindən (OTRK) istifadə edib. Əgər bu həqiqətdirsə, ballistik raketlərin istifadəsinə bəraət qazandırılır?
- Bu, müharibədir və heç bir formal məhdudiyyət olmayıb. Ermənistanın müharibədə öz iştirakını etiraf etməməsi isə başqa məsələdir. Ancaq biz axı başa düşürük ki, "Qarabağ ordusu"nda "İsgəndər" ola bilməzdi.
- Azərbaycanın paytaxtının sakinləri 9 noyabrda eşidilən partlayışları yaxşı xatırlayırlar. Qeyri-rəsmi məlumatlara görə, KİV-lərin də xəbər verdiyi kimi, Bakının ətrafına raket və ya raketlər vuruldu.
- Anladığım qədərilə "İsgəndər"lə Bakıdakı neft obyektlərinə atəş açılıb. 100 faiz iddia edə bilmərəm, amma görünür, məhz belə olub. Gəncəyə isə R-17 raketi (NATO təsnifatına görə "Elbrus" operativ-taktiki raket sisteminə daxil olan ballistik raket – "SCUD B" - red)  atılıb.
- Məni Ermənistan Müdafiə Nazirliyinin Movses Akopyanın açıqlamalarına verdiyi reaksiya heyrətləndirdi. Keçmiş yüksək rütbəli hərbçinin ifadələrinin həqiqətə uyğun olmadığını, eyni zamanda dövlət sirrini ehtiva etdiyini açıqladı. Bu necə mümkündür?
- (Gülür) Bəli, bu gülünc səslənir. Hərçənd nəzərə almaq lazımdır ki, Movses Akopyan bir neçə açıqlama verdi. Bəlkə də haradasa dövlət sirri pozulub, digər məqamda isə həqiqət olmayıb. 
- Azərbaycanın aktiv istifadə etdiyi pilotsuz uçuş aparatlarının rolu barədə nə düşünürsünüz? Onların rolları şişirdilmir ki? Axı Şuşa, pilotsuz təyyarələrin dəstəyi olmadan, Azərbaycan xüsusi təyinatlıları tərəfindən geri alındı.
- Pilotsuz təyyarələr erməni əsgərlərinə çox güclü psixoloji təsir göstərdi, onlar Azərbaycanın havadakı hökmranlığını təcəssüm etdirirdilər. Eyni zamanda, fikrimcə, Ermənistan ordusu ən böyük itkini Azərbaycan topçuları tərəfindən istifadə edilən reaktiv yaylım atəşləri nəticəsində verdi. /oxu.az

Siyasi       Tarix: 28 noyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri bugünki xəbərlər bugünkü son xəbərlər son xeber.az gunun xeberleri