Ermənistan Müdafiə Nazirliyi işə qəbul bürosudur - Erməni politoloq etiraz edir
İki gün əvvəl Ermənistan parlamentində 44 günlük müharibənin yekunlarına həsr olunan istintaq komissiyanın suallarını cavablandıran, keçmiş müdafiə naziri David Tonoyanın ifadələri düşmən ölkədə birmənalı qarşılanmayıb. Tonoyanın istintaqa verdiyi ifadələri qeyri səmimi adlandıran erməni siyasətçilər hesab edirlər ki, mənimsəmə faktına görə ittiham olunan keçmiş nazir istintaqda qeyri-obyektiv mövqe tutub və Nikol Paşinyanın səhvlərini öz üzərinə götürməyə çalışıb.
Erməni politoloqların fikirincə, bununla da Tonoyan azadlığa çıxmaq üçün jest edib.
"Ermənistan" fraksiyasının üzvü Henrix Danielyan isə hesab edir ki, keçmiş müdafiə naziri hakimiyyətlə sövdələşməyə cəhd edir və müəyyən günahı öz üzərinə götürərək, ordu ilə əlaqəsi olan digər siyasətçilərə qara yaxmağa çalışır:
"Bu gün həbsdə olan Davit Tonoyan deyir ki, mən məğlub ordunun komandanı olduğumu başa düşürəm. Amma Tonoyan onu demir ki, bizim məğlub ordumuz yox, məğlub hökumətimiz və rəhbərliyimiz var".
Danelyan həmçinin, Hraçya Sarkisyanın müdafiə nazirinin müavini vəzifəsinə təyin edilməsini Ermənistan Silahlı Qüvvələrinə qarşı təhqir hesab edir:
"Bu, ümumiyyətlə, zabitin şərəf və ləyaqətinə təhqirdir. 44 günlük müharibə zamanı 25 milyon dramlıq süpürgə alıb gətirdiklərini elan edən şəxs müdafiə nazirinin müavini təyin edilib. Müdafiə Nazirliyini işə qəbul bürosuna çeviriblər".
Vəli Həsənov,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi