Ermənistan müxalifəti Zatulinə görə göz yaşı tökür - BƏYANAT
Ermənistan hakimiyyətinin addımları Bakı və Ankaranın tələblərini yerinə yetirməyə hesablanıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Ermənistan" fraksiyasının bəyanatında deyilir.
"Təsadüfi deyil ki, bu hakimiyyətin hədəfi illərdir Türkiyə və Azərbaycan tərəfindən tənqid edilən, ictimai, peşəkar və ya siyasi fəaliyyətlərində Ermənistanın, "Artsax"ın və Rusiyanın maraqlarına cavab verən yanaşmaları rəhbər tutan şəxslərdir. Paşinyan və onun komandasının təqiblərinə daha bir misal kimi Lazarev klubunun koordinatoru, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulmasıdır. Maraqlıdır ki, cənab Zatulinin Ermənistanda arzuolunmaz şəxs olması və ölkəyə girişinə qadağa qoyulması ilə bağlı verdiyi izahat MŞ-nin Xarici əlaqələr şöbəsinin müdiri tərəfindən göndərilib. Hakimiyyətin bu addımı bir tərəfdən Bakı və Ankaranın tələblərini təmin etmək, digər tərəfdən isə Ermənistanla Rusiya arasında dostluq və müttəfiqlik münasibətlərini pozmağa yönəlib" – deyə bəyanatda bildirilir.
Qeyd olunub ki, "Ermənistan" bloku Ermənistan Respublikasının hazırkı hakimiyyətinin bu növbəti anti-erməni addımını qətiyyətlə pisləyir və təsdiq edir ki, mövcud siyasət altında Ermənistan və "Artsax"ın təhlükəsizliyinə çağırışlar artmaqdadır.
Günel Mikayılova,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü