Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi

Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi27 sentyabr 2020-ci il tarixində başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Şuşa da daxil olmaqla, 30 ilə yaxın işğal altında olan ərazilərini geri qaytardı. Noyabr ayının onunadək davam edən haqq savaşında böyük siyasətçi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu düşmən üzərində şanlı qələbə qazandı. Düşmən böyük itki ilə silahları ataraq qacmağa məcbur oldu. 
Müharibə vaxtı Ermənistan hərbi birləşmələrində 10 minə yaxın fərari aşkarlanıb. Azərbaycan ordusunda isə bir nəfər belə fərari olmayıb. Əsgər və zabitlərimiz sinəsini vətənə sipər edərək daim irəliləyib.
İgid əsgərlərimiz eyni zamanda təcavüzkar düşmənin xeyli sayda hərbi texnikasını qənimət kimi ələ keçirərək Bakıya - "Hərbi Qənimətlər Parkı"na gətiriblər.
Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışında deyib: "İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq".
Müharibə başlayan andan xalq Prezidentin ətrafında bir yumruq kimi birləşdi. Yaşından, hətta səhhətindən asılı olmayaraq hər kəs vətəni qorumağa hazır idi. 
Azərbaycan öz gücünü 44 gün ərzində bütün dünyaya göstərdi. Ordumuz təcavüzkar Ermənistanın öz ordusu barədə yaratdığı mifi bir neçə gün ərzində darmadağın etdi.
Müharibə dövründə hətta bir sıra ölkələr ədalətli müharibə aparan ölkəmizə sanksiyalar tətbiq olunmasını gündəmə gətirmişdi. Lakin Azərbaycana dost, qardaş olan ölkələr, eyni zamanda Qoşulmama Hərəkatında təmsil olunan ölkələrin səyləri nəticəsində bu kimi qərəzli cəhdlərin qarşısı alındı.
Azərbaycan öz tarixi torpaqlarını öz gücü ilə haqq savaşında geri aldı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. 
Bu Zəfər yolunda Azərbaycana dəstək olan bir sıra ölkələr oldu. Onlardan biri də qardaş Türkiyədir. Türkiyə müharibənin ilk saatlarından Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Dünya iştimaiyyəti Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi haqqında ən doğru və düzgün məlumatı Türkiyə mediası tərəfindən öyrəndi. Və sona qədər – Qələbə Paradında da Türkiyə bizimlə oldu.
2020-ci il noyabr ayının 10-da Moskvada üçtərəfli Bəyanat imzalandı. Tarixi əhəmiyyəti olan üçtərəfli Bəyanatla müharibəyə və Ermənistanın ərazi iddiasına son qoyuldu. Ermənistan artıq məğlubiyyəti etiraf etdi, artıq  başqa yolu da yox idi. 
İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına  təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 il danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və "Böyük Ermənistan" planı fiaksiyaya uğradı. "Dağlıq Qarabağ"ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Regionda yeni siyasi reallıq yarandı.
Prezident İlham Əliyev Azərbaycan xalqının birliyinin qələbə çalmağımızda böyük rolu olduğunu bildirərək vurğulayıb: "Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi.
Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konsepsiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Ermənistan bu xoşbəxtlikdən məhrumdur. Bizim üstünlüyümüz bax, bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri  birlik göstərdilər, qəhrəmanlıq  göstərdilər. Bu müharibə bir çox məsələlərə aydınlıq gətirdi".
Bu gün artıq dünyanın bir çox hərbi məktəblərində, o cümlədən Amerika Birləşmiş Ştatları, Almaniya, Böyük Britaniya və bu kimi dövlətlərdə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ müharibəsindəki əməliyyatları öyrədilir.
2021-ci il iyun ayının 15-də düşmən əsarətindən azad edilmiş Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalandı. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır.
Tarixi Zəfərimizdən sonra ən böyük hadisələrdən biri də dövlət sərhədimizin yaradılması oldu. Sərhədin toxunulmazlığı dövlətin gücünü, qüdrətini təcəssüm etdirir. Bu məqsədlə də aprel ayının 23-də Laçın rayonunda Həkəri çayının üzərində "Laçın" sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Azərbaycanın legitim hüququ əsasında təsis edilmiş "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsi terrorçuların silahlanmasının qarşısını almaqla bərabər, ölkəmizə məxsus olan sərvətlərin talanaraq aparılmasına imkan vermir. Sərhəd rejimi qısa müddət ərzində öz uğurlu nəticəsini verməkdədir. Uzun illər həmvətənlərimizə qarşı kütləvi soyqırım cinayəti törətmiş Vaqif Xaçaturyan məhz "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılmışdır".
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının işğaldan azad  edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" 30 il öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın tarixi torpaqlarımıza dönməsini təmin edilməsi istiqamətində mühüm bir sənəddir. 
İşğal dövründə ərazilərimiz erməni vandalları tərəfindən dağıdılıb. Təbii sərvətlərimiz talan edilib. Tarixi abidələrimiz, məscidlərimiz məhv edilib. İqtisadiyyatımıza külli miqdarda zərər vurulub.
Müharibədən sonra azad edilmiş şəhər və kəndlərimizdə yenidənqurma, bərpa işləri başlayıb. Ərazilər minalardan təmizlənir. Yollar çəkilir, körpülər salınır, evlər, məktəblər, uşaq baxçaları, tibb məntəqələri tikilir. Abidələrimiz, məscidlərimiz bərba olunur. 30 il əvvəl ev-eşiklərindən ayaqyalın, gözüyaşlı didərgin düşmüş həmvətənlərimiz tədricən həsrətini çəkdikləri doğma yurd yerlərinə sevinclə qayıdırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "İşğaldan azad edilmiş ərazilərə "Böyük qayıdış" proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradılır".
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 07 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda xeberlər sonxabar az son xeberler bugun