Ermənistan ordusunda ciddi böhran - Nazirlik etiraf etdi
İşğalçı Ermənistanın silahlı qüvvələrində ciddi maliyyə böhranı yaranıb.
Azərtac erməni KİV-nə istinadla xəbər verir ki, bu ölkənin Müdafiə Nazirliyi yerli mətbuat orqanının sorğusuna cavabında nazirliyin hərbi qulluqçulara milyonlarla dollar borcunun yarandığını etiraf edib.
Rəsmi məlumatda hökumətin hərbi qulluqçulara borcunun dəqiq məbləği göstərilmir, lakin Ermənistanın ehtiyatda olan hərbi qulluqçular ittifaqının üzvü Gevork Ovannisyan bildirib ki, borcun miqdarı milyonlarla dollardır. Onun sözlərinə görə, artıq illərdir ki, hərbi qulluqçular və digər güc strukturlarının əməkdaşları məzuniyyət haqqını ala bilmirlər. Jurnalistlərin pulsuz qalan zabitlərin sayı ilə bağlı sualına isə nazirlikdən cavab veriblər ki, onlar bu cür statistika aparmırlar. Əlavə ediblər ki, məsələnin həlli üçün nazirliyin rəhbərliyi "müvafiq tədbirlər" görür.
Qeyd olunub ki, Ermənistandakı insan hüquqlarının müdafiəsi ofisi də hərbi qulluqçuların bununla bağlı müraciətlərini qəbul edib. /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib