Ermənistan parlamentində Azərbaycan Prezidentinə görə dava düşdü – FOTO
Ermənistan parlamentində dava düşüb.
Publika.az xəbər verir ki, "Ermənistan" blokunun üzvü Seyran Ohanyanla spiker Alen Simonyan fasilə zamanı mübahisə edib. Daha sonra "Şərəfim var" blokunun üzvü Anna Mkrtçyanın çıxışı hakim bloku deputatları tərəfindən qəzəblə qarşılanıb.
Anna Mkrtçyan Paşinyanı Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında geri çəkilməkdə, Azərbaycan liderinin Zəngəzur və İrəvanla bağlı fikirlərinə heç bir cavab verməməkdə, qorxaqlıqda ittiham edib.
Zalda olan Paşinyan deyilənlərə heç bir reaksiya verməsə də, hakim partiyanın deputatlarının sərt reaksiyasından sonra səs-küy başlanıb.
"Ermənistan" və "Şərəfim var" blokunun üzvləri Paşinyana sərt suallar ünvanlayıb və onu xəyanətdə ittiham ediblər. Ardınca hakim partiyanın deputatları onlara yerlərindən cavab verib.
Spikerin göstərişi ilə təhlükəsizlik işçiləri zala daxil olub və müxalif deputat Anna Mkrtçyanı çıxarmağa çalışıb. Bundan sonra dava başlayıb. Qarşıdurma nəticəsində müxalifətçi deputat Artsvik Minasyan xəsarət alıb, onun köynəyi cırılıb. Müxalif deputatlar "xain Nikol" şüarları səsləndirib.
Baş verənləri lentə alan jurnalistlər də təzyiqə məruz qalıb.
Asif

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək