Ermənistan prezidenti: "Bir neçə müharibədə məğlub olduq və bütün sahələrdə böhran yaşayırıq

Ermənistan prezidenti: "Bir neçə müharibədə məğlub olduq və bütün sahələrdə böhran yaşayırıqErmənistan prezidenti: "Bir neçə müharibədə məğlub olduq və bütün sahələrdə böhran yaşayırıq"
Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın erməni icmasının bir qrup nümayəndəsi ilə görüşdə bir neçə müharibənin uduzulduğunu deyib.
"Birincisi demoqrafik müharibədir․ 1994-cü ildəki atəşkəsdən sonra əhalidə artım olmadı. Bir əsgər sərhəddə dayandıqda daim arxasındakılara baxır. Arxasında heç kimin olmaması güclü düşüncəli bir əsgər üçün belə çətindir. Əraziyə insanları yerləşdirmək lazım idi", - Ermənistan prezidenti bildirib.
"Novosti Armeniya" xəbər verir ki, o, informasiya müharibəsinin də uduzulduğunu vurğulayıb.
"Azərbaycanlılar və türklər buna ciddi hazırlaşırdılar. Bu müharibə bu gün də davam edir, onlar bizə hücum edirlər. Biz bununla məşğul deyildik, buna görə də məğlub olduq. Bu gün biz Ermənistanda birləşmək əvəzinə bir-birimizə hücum edirik", - Sarkisyan qeyd edib.
Onun sözlərinə görə, 26 il əvvəl erməni tərəfi həqiqətən güclü bir orduya sahib imiş:
"Könüllülərdən ordu yaratdıq, ancaq müharibənin sonunda nizami ordumuz var idi. O dövrdə ordumuz texnoloji baxımdan Azərbaycan ordusundan daha güclü idi. Sonrakı illərdə Azərbaycan güclənmək üçün çox pul xərclədi, amma biz yenə də keçmişin havası ilə yaşadıq, onların bu müharibədə pilotsuz təyyarələri var idi, amma bizdə yox idi".
O, həmçinin Ermənistan hökumətini istefaya çağırıb:
"Bu qədər böyük bir faciənin yaşandığı hər bir ölkədə bir həll yolu var - buna səbəb olan hökumət getməlidir. Əgər siyasətçi güclüdürsə, daha sonra geri qayıda bilər. Əvvəlki seçkilər iki il yarım əvvəl, ölkə tamamilə fərqli olduqda keçirilib, indi biz başqa bir ölkədə yaşayırıq. Böhranı meydandakı insanların sayı ilə qiymətləndirmək olmaz. İstənilən halda böhranı yalnız meydanda toplananların sayı ilə qiymətləndirmək lazım olduğu ilə razı deyiləm. Meydanda ümumiyyətlə, heç kim yoxdusa, o deməkdir ki, böhran yoxdur?".
O qeyd edib ki, Ermənistanda bütün sahələrdə böhran hökm sürür. /oxu.az

Siyasi       Tarix: 29 noyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri bugünki xəbərlər bugünkü son xəbərlər son xeber.az gunun xeberleri