Ermənistan qarışacaq - Rusiya Paşinyanı cəzalandırmaq qərarı verdi

Ermənistan qarışacaq - Rusiya Paşinyanı cəzalandırmaq qərarı verdiErmənistanın Qərbə meyillənməsi Rusiyada narahatlıqla qarşılanır. Üstəlik Ermənistanın NATO-ya inteqrasiya etməsi Rusiyanı əməlli-başlı özündən çıxara bilər.
KONKRET.azxəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib ki, Ermənistan NATO ilə müxtəlif formatlarda əməkdaşlıq edir və bu proses gələcəkdə də inkişaf etdiriləcək:
"Bildiyiniz kimi, NATO-nun Avropa İnkişaf Komitəsinin rəhbəri Günter Fehlinger Ermənistanı Şimali Atlantika Alyansına qoşulmağa çağırıb. Biz NATO ilə müxtəlif formatlarda əməkdaşlıq edirik və bu prosesi davam etdirməyə hazırıq".
Nikol Paşinyanın İtaliya mətbuatına son müsahibəsində toxunduğu məsələyə münasibət bildirən XİN müavini bildirib ki, Ermənistanla Rusiya arasında problemlər mövcuddur:
"Ermənistan-Rusiya münasibətlərinə və müşahidə etdiyimiz problemlərə gəlincə, onlar dəfələrlə müzakirə olunub, xüsusən 2022-ci ilin sentyabrında biz Rusiyadan və KTMT-dən daha adekvat reaksiya gözləyirdik", – deyə nazir müavini bildirib.
Xatırladaq ki, Rusiya Nikol Paşinyanın son çıxışından narazıdır. Narazılığa səbəb Paşinyanın İtaliya mətbuatına verdiyi müsahibədir. Burada Ermənistan rəhbərliyinin açıq bəyanatlarına, o cümlədən Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhə də istinad edilir. Mənbənin bildirdiyinə görə, Moskva "öz səhv hesablamalarına və səhvlərinə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq niyyəti ilə onları ton və məzmun baxımından qəbuledilməz hesab edir".
Həmçinin qeyd edilib ki, Qərb onlardan Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırılıb çıxarılmasında vasitə kimi istifadə edir. TAAS-ın yaydığı məlumatda bildirilir ki, Rusiya Ermənistanı tərk etmək niyyətində deyil və bununla belə İrəvan Qərbin əlində alətə çevrilməkdən yayınmalıdır. Xatırladaq ki, sentyabrın 3-də Ermənistanın Baş naziri Nikol Paşinyan İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində təhlükəsizlik sahəsində Rusiyadan asılılığın yanlış olduğunu bildirib. Paşinyan bir qədər əvvəl isə qeyd etmişdi ki, Rusiya Cənubi Qafqazdakı hərəkətsizliyinə görə Ermənistandan uzaqlaşır. Ermənistan Baş naziri bunun səbəblərini anlamadığını deyib.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 04 sentyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən canlı butun xeberler ən son xeberler xəbər az