"Ermənistan-Rusiya münasibətlərinin pozulması Qarabağın təhlükəsizliyinə təhdiddir" - Karapetyan
"Ermənistanla Rusiya arasında çoxəsrlik əlaqələri riskə atmaq yolverilməzdir".
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Sahibkarlar Assosiasiyasının və "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan deyib. O bildirib ki, Rusiya və Ermənistan arasında çoxəsrlik dostluq əlaqələrini və iki ölkə xalqları arasında tərəfdaşlığı riskə atmaq yolverilməzdir.
Tanınmış erməni sahibkar BCM-nin Putinlə bağlı qərarı fonunda Ermənistan hökumətinin Roma Statutuna birləşmək planlarını belə şərh edib:
"Bu cür hərəkətlər iqtisadi, siyasi, hərbi, mədəni qarşılıqlı əlaqə baxımından Rusiya-Ermənistan münasibətlərini birbaşa təhdid edir".
Karapetyanın sözlərinə görə, Rusiya aparıcı xarici iqtisadi və ticarət tərəfdaşıdır, Ermənistanın təhlükəsizliyinin təminatçısıdır.
"Ölkələr arasında dostluq əlaqələri ikitərəfli münasibətlərin sabitliyinin dayağıdır. Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətlərinin pozulması sülhməramlıların "120 min" erməninin dinc həyatını təmin etdiyi Qarabağın təhlükəsizliyi məsələsində problemə çevrilə bilər", – o deyib.
Karapetyan Assosiasiya adından Nikol Paşinyanı bu cür bəyanatların mümkün risklərini qiymətləndirməyə və Ermənistanla Rusiya arasında tərəfdaşlıq münasibətlərinə təhlükə yaratmamağa çağırıb.
Xuraman Etibarlı,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir