Ermənistan Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdi
İrəvan dekabrın 4-də Avropa İttifaqı (Aİ) Şurasının Rusiya və bir sıra digər ölkələrə qarşı sanksiyalarla bağlı qərarına qoşulmaqdan imtina edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan danışıb.
"Ermənistan müzakirə olunan məsələlərə dəstək və həmrəylik nümayiş etdirmək üçün tez-tez Aİ-nin bəyanatlarına qoşulur. Amma Ermənistan Aİ Şurasının dekabrın 4-də məhdudlaşdırıcı tədbirlərlə bağlı qərarına konkret olaraq qoşulmayıb", – deyə o qeyd edib.
Nazirlik sözçüsünün sözlərinə görə, İrəvan özünün xarici siyasət prioritetlərinə əsaslanan və Avropa İttifaqı ilə tərəfdaşlığın inkişaf etdirilməsi məqsədi ilə qurumun bəzi qərarlarını dəstəkləyir.
Qeyd edək ki, Badalyan Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josef Borrelin insan haqlarının pozulması ittihamı ilə Rusiya və İrana qarşı məhdudiyyətlərin bir il müddətinə uzadılması ilə bağlı bəyanatına cavabında bunları bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda