Ermənistan silahlandırılır və regionda müharibə riski böyükdür - TƏFƏRRÜATLAR

Ermənistan silahlandırılır və regionda müharibə riski böyükdür - TƏFƏRRÜATLAR"Ermənistan havadarlarının dəstəyi ilə yeni silahlı münaqişəyə hazırlaşır. Bunu son vaxtlar baş verən təxribatlar da göstərir. Sərhəddə və Qarabağ ərazisində erməni silahlı birləşmələrinin mütəmadi fəallaşması düşmən ölkənin yeni planlarının göstəricisidir. BMT TŞ-də iddiaları təmin olunmayan ermənilərin "humanitar fəlakət" şousu bir nəticə verməyincə, Ermənistanın yenidən diqqəti regiona yönəltməsi böyük oyunun davamıdır".
Bunu KONKRET.az-a politoloq Tural İsmayılov bildirib.
Ermənistan silahlandırılır və regionda müharibə riski böyükdür - TƏFƏRRÜATLARƏlavə edib ki, Azərbaycanın sistematik şəkildə Ermənistana sülhlə bağlı çağırışlar etməsinə rəğmən, Ermənistan hakimiyyəti müharibəyə hazırlaşdırılır:
"Bu gün qarşımızda Ermənistandan daha çox erməni maskası geyinən xarici güc faktorlarının Azərbaycan əleyhinə təbliğat-təşviqatı dayanır. Əslində Ermənistanı Azərbaycanla müharibəyə təhrik edənləri və Qarabağdakı separatçıları qızışdıranları erməni xalqı, ümumiyyətlə, maraqlandırmır. Çünki bu güc faktorları anlamalıdırlar ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın "dəmir yumruğunun" dadını görmüş Ermənistan heç bir formada Azərbaycanla müharibə aparacaq potensiala malik deyil. İstənilən müharibə Ermənistanın sonuncu dövlətçilik elementlərinin də sıradan çıxarılması demək olacaq. Əslində, Ermənistanı sərhəd təxribatlarına cəlb edənlər danışıqlar prosesində ölü sükutun qalmasında maraqlı olanlardır. Həmçinin, Qarabağdakı separatçılığı qızışdıranlar vahid məqsədə xidmət edirlər".
Politoloq son dövrlər Azərbaycan ərazilərində rus sülhməramlıların müvəqqəti yerləşdiyi bölgələrdə fortifikasiya qurğularının quraşdırılması cəhdlərinə də diqqət çəkib:
"Səngərlərin qazılması və digər hadisələr göstərir ki, Qarabağda Rusiya sülməramlılarının gözü qarşısında müəyyən hərəkətlilik var. Bununla paralel delimitasiya olunmayan şərti sərhədlər boyunca da Ermənistan ordusunun hərbi birləşmələrinin cəmləşdiyini görürük. Həmçinin Hindistanın İran üzərindən Ermənistanı silahlandırması prosesi də davam edir. Bu hadisələr nəticəsində Cənubi Qafqazda birgə gərginlik ovqatının daim qaldığı haqqında mənzərə yaradılmağa çalışılır. Bununla da əslində bölgədəki balansın hələ də dəyişmədiyi, heç vaxt sabitlik olmayacağı ilə bağlı fon formalaşdırılır. Bu da çox təhlükəli tendensiyadır və bütövlükdə Cənubi Qafqaz üçün ciddi problemlər yaradacaq bir layihədir. Bu layihədə Ermənistan könüllü şəkildə iştirak edir. Ancaq Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalayıb, Türkiyə ilə münasibətləri yaxşılaşdırıb, vəziyyətdən çıxış imkanları olsa da, Ermənistanın belə təxribatlardan əl çəkməməsi bölgədə hərbi-siyasi vəziyyətin gərginləşməsinə səbəb olur".
Vəli Həsənov,
KONKRET. az

Siyasi       Tarix: 22 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər azərbaycanda son xeberler bugun 2026 canli qarabag ən son xəbər