Ermənistan silkələnir, Paşinyanın isə istefa vermək fikri yoxdur
Ermənistanın baş naziri Nikol Paşinyanın istefa vermək fikri yoxdur.
Publika.az xəbər verir ki, bu, baş nazirin feysbuk hesabında yazdığı son düşüncələrindən də aydın şəkildə anlaşılır.
N.Paşinyan gələcək barədə danışmağın günümüzün ən vacib məsələlərindən biri olduğunu deyir: "Hətta cari məsələlərin həlli baxımından da. Çünki hər hansı məsələnin həlli üçün bir neçə variant var və bəzən özünüzü gələcəyi necə gördüyünüzə, hansı gələcək qurmaq istədiyinizə yönəltməmisinizsə, seçim etmək mümkün deyil".
Xatırladaq ki, noyabrın 10-da Paşinyanın Qarabağla bağlı üçtərəfli bəyanat imzalamasının elanından sonra Ermənistanda baş nazirin rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə müxalifət yürüşləri və mitinqləri başlayıb. Müxalifət baş nazir postuna yeganə namizədi Vazgen Manukyanı irəli sürüb.
22 dekabrda İrəvanda böyük bir mitinq keçirilib, mitinq bitdikdən sonra bəzi müxalifət tərəfdarları Respublika Meydanındakı çadırlarda gecələyib.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək