Ermənistan tərəfi manipulyasiya edir' - Politoloq
"Azərbaycan 10 noyabr bəyannaməsinə uyğun olaraq, sülhün əldə edilməsi istiqamətində Ermənistana barışıq əlini uzadır. Amma biz gördük ki, Ermənistan tərəfi konkret olaraq manipulyasiya edir, prosesləri pozur. Həm Brüssel, həm Vaşinqton, həm də Praqa gündəliyini tapdalayır".
Bu sözləri azxeber.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, Azərbaycan öz ərazilərində nəzarəti bərpa etməlidir:
"Azərbaycan öz ərazilərində nəzarəti bərpa etməlidir. Biz görürük ki, Ermənistan tərəfi manipulyasiya edir. 10 noyabr birgə bəyannaməsini bir neçə bəndini yerinə yetirmir və bu o deməkdir ki, Ermənistan sülhə razı deyil, daha da aqrressiv bir siyasət ortaya qoyur. Bu istiqamətdə Azərbaycanın da atacağı addımlar var. Mütləq şəkildə Xankəndidə, Xocavənddə öz suverenliyini bərpa etməlidir. 10 noyabr bəyannaməsinin 7-ci bəndinə əsasən Azərbaycan Xankəndinə, Xocalıya, Xocavəndə, Ağdərəyə qayıtmalıdır. Ermənistan bu bəndlərə əməl etmir".
M. Əsadullazadə deyir ki, silahlı erməni birləşmələri həmin ərazilərdən çıxarılmalıdır:
"Laçın yolunda Azərbaycana qarşı terror siyasəti həyata keçirirlər. Silahlı erməni birləşmələrini həmin ərazilərdən çıxarmırlar, lakin onlar oradan çıxarılmalıdırlar. Təbii ki, Azərbaycanın bu proseslərə adekvat cavabları olmalıdır. Azərbaycan torpaqlarının xilası yolunda QHT nümayəndələrinin, aktivistlərin vasitəsilə keçirdiyi etiraz aksiyaları Ermənistana mesajdır. Ermənistan sülh prosesindən yayınarsa, Azərbaycanın öz əlində təsir üsulları olacaq. Azərbaycan xüsusən də Ağdərədə, Xankəndində öz nəzarətini bərpa edəcək. Bunun da alternativ yolu yoxdur. Bunu Rusiya və Ermənistan bilməlidir".
Ayşən Mirzəyeva
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO