Ermənistan törətdiyi bütün cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verəcək

Ermənistan törətdiyi bütün cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verəcəkMənfur və riyakar qonşularımız olan ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıqdır ki, ermənilərin əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər ən qəddar və qeyri-insani üsullarla davam edir. Ermənilər tarixi Qarabağ torpağımızda qeyri-qanuni məskunlaşdıqları ilk gündən Azərbaycana qarşı çirkin niyyətlərini işə salmış, bununla da məqsədli şəkildə toponimlərimizi dəyişməyə başlamış, Azərbaycanlılara qarşı etnik dözümsüzlüyün ən sərt formalarını reallaşdırmışdır. Tarixi diqqətlə oxuyub, araşdıran hər kəsə agah olar ki, ermənilər son 200 il ərzində etnik azərbaycanlılara qarşı misli görülməmiş faciələr yaşatmışdır. Bu tarix o qədər də uzaq keçmiş deyil və milliyyətindən asılı olmayaraq hər bir obyektiv tarixçi bu faktları etiraf etməkdən çəkinməməli və dünyada ədalətin, sülhün bərqərar olunması naminə haqq səsini ucaltmalıdır.
Qeyd etmək lazımdır ki, zaman-zaman Türkiyə və Azərbaycanın dövlət rəhbərləri tarixi arxivlərin açılmasını təklif etmiş, lakin əfsuslar olsun ki, erməni tərəfi hər zaman olduğu kimi bu dəfə də tarixi faktlarla üzləşməkdən qorxuya düşərək bu təkliflərə müsbət cavab verməmişdir. Qarabağın Azərbaycana məxsusluğu, eyni zamanda ermənilərin tarixən xalqımızın başına gətirdiyi müsibətlər tarixi arxivlərdə öz yerini qoruyur.
İstər 1905-1907-ci, istərsə də 1918-1920-ci illər xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. Belə ki, 1948-1953-cü illərdə 150 min azərbaycanlı Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından deportasiya olunmuş, 1988-ci ildə başlayan Qarabağ hadisələri, ermənilərin "dənizdən dənizə Ermənistan" xülyalarını reallaşdırmaq cəhdləri böyük fəlakətlərlə nəticələnmişdir.
Tariximizin ən dəhşətli və ən acı səhifələrindən biri, qan yaddaşımıza çevrilmiş hadisə isə 1992-ci ilin əvvəllərində baş vermişdir. Erməni qəsbkarlarının - öz havadarlarının əlində maşaya çevrilmiş bu vəhşi millətin tarixi torpaqlarımıza hücumu nəticəsində ərazimizin 20 faizi işğal olunmuşdur. Həmin ilin fevralın 26-da Xocalı şəhərinin işğalı zamanı ermənilər bəşəriyyət tarixində misli görülməmiş soyqırımılarından birini törətmişdir. İşğal zamanı, eləcə də dünyada törədilən qətliamlar içərisində xüsusi qəddarlığı ilə seçilən Xocalı qətliamı nəticəsində yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmiş, bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Bu və bunun kimi tarixə həkk olunmuş bir çox vəhşiliklər erməni faşizminin əsl simasını göstərir.
Təəssüflər olsun ki, ermənilərin işğalçılıq, soyqırımı və qəsbkarlıq siyasəti bütün dünyanın gözü qarşısında baş vermiş, heç bir dünya dövləti bu ədalətsizliyə və beynəlxalq hüququn qəsdinə dur deməmişdir. Üstəlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllində heç bir irəliləyişə nail olmamış, işğalçıya və işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmişdir. BMT-nin  Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmamış, dünya ölkələri, xüsusilə münaqişənin həllinə məsul olan dövlətlər tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. Azərbaycan dövləti isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Ölkəmizin bu humanizm addımları isə Ermənistanın qeyri-konstruktiv və təxribatçı hərəkətləri ilə nəticəsiz qalmışdır. Belə ki, ermənilər öz məkrli niyyətlərini həyata keçirmək məqsədilə müxtəlif yollara əl atmış, Azərbaycanın dövlət sərhədlərində atəşkəsi kobud şəkildə pozaraq, ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatlar törətmişdir. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan təxribatlara layiqli cavab verərək bu işğalla barışmayacağını bir daha nümayiş etdirmişdir.
2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən törədilmiş növbəti hərbi təxribatın qarşısın almaq və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə də, Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Beləliklə, ötən ilin 27 sentyabrında başlayan və tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan əks-hücum əməliyyatlarında dövlət-xalq-ordu birliyinin və həmrəyliyinin təntənəsi olaraq erməni işğalçıları üzərində parlaq qələbə qazanaraq xalqımız öz qətiyyətini, əzmini bütün dünyaya nümayiş etdirərək tarixi torpaqlarını işğaldan azad etmişdir. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərərək, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə verdiyi müsahibələrdə Azərbaycanın haqq mübarizəsini dünyaya bəyan etmişdir. Dövlətimiz və xalqımız yenilməz bir gücə sahib olduğunu göstərərək təkcə hərbi sahədə deyil, diplomatik və siyasi arenada da ermənilərə sarsıdıcı zərbələr endirmişdir. Növbəti mərhələdə düşmənin kapitulyasiya aktına imza atması ilə Ağdam, Kəlbəcər və Laçın rayonları müharibəsiz, qan tökülmədən Azərbayca təhvil verilmişdir.
Azərbaycan Ordusunun zəfəri qarşısında acizliyini göstərən düşmən müharibə cinayətləri törədərək münaqişə zonasında olmayan şəhər və rayonları atəşə məruz qoymuş, həmçinin işğal zamanı tarixi torpaqlarımızda yerləşdirilən minaların partlaması nəticəsində yüzlərlə dinc sakinin həlak olması və yaralanmasına səbəb olmuşdur. Ermənistan törətdiyi bütün cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir və verəcək.
Prezident İlham Əliyev Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, torpaqlarımızı işğaldan azad edərək, Vətən, torpaq həsrətimizə son qoymuş, üçrəngli bayrağımızı tarixi torpaqlarımızda dalğalandırmiş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Əslində şəhidlərimizin əziz xatirəsi hər zaman bizim qəlbimizdədir, onları daim yad etmək, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq ən müqəddəs missiyalarımızdan biri olmalıdır. Dövlətimizin və xalqımızın tarixinin  ən parlaq səhifəsi onların canı və qanı bahasına yazılıb. Azərbaycanın yenilməzlik simvoluna çevrilmiş şəhid və qazilərimiz xalqımızın qürur və iftixar yeridir.
Azərbaycan dövləti ordumuzun bundan sonra daha peşəkar və dünyanın ən güclü orduları sırasında layiqli yerini qoruması üçün səylərini və addımlarını davam etdirir. Ermənistan və onun dəyirmanına su tökənlər isə Azərbaycan Respublikasının dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin çıxışlarında səsləndirdiyi kimi revanşa cəhd edəcəkləri təqdirdə daha ağır məğlubiyyətə uğrayacaqlar.
Kubra Əliyarlı
Binəqədi Bələdiyyəsinin Mətbuat, informasiya və gənclərlə iş komissiyasının sədri,
Publisist

Siyasi       Tarix: 22 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır - Prezident

ABŞ ilə Azərbaycan arasındakı münasibətlərə gəldikdə, bu münasibətlər çox əladır, hətta deyərdim ki, strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunu

Müharibə yenidən alovlandı: İranda 80 hədəf VURULDU

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı silsilə güclü zərbələr endirməyə başladığını bəyan edib. xəbər verir ki, qurumun "X" sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat İranın Hörmüz boğazından keçə

Sahibə Qafarova Bob Bləkmənlə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ

Məzuniyyətə çıxmayanların nəzərinə - Həkim xəbərdarlıq etdi

Həddindən artıq işləmək və istirahətə vaxt ayırmamaq təkcə psixoloji deyil, fiziki sağlamlıq üçün də ciddi təhlükə yaradır. Təcili tibbi yardım həkimi və tibbi bloqer Dmitri Molodoy hesab edir ki, işkoliklik bəzi hallard

Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO

İyulun 9-da müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar və Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfir

Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır

Ankarada NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Alyansın 36-cı Zirvə Toplantısı keçirilir. İki gün davam edəcək sammitdə kollektiv müdafiənin gücləndirilməsi, müdafiə xərclərinin artırılması, Ukraynay

Pakistan və Qətər hərəkətə keçdi: ABŞ-la İranı

Pakistan ilə Qətər ABŞ və İranı danışıqlar masasına qaytarmaq üzərində işləyir. xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb. Xatırladaq ki, iyulun 8-nə keçən gecə ABŞ-ın İrana hücumları bərpa olunub. AB

Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin adından iyulun 14-də Xankəndidə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. xəbər verir ki, tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarə

Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir

Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər cebheden xeber son xeberler az cəbhədən son xəbərlər 2026