"Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması üçün Əliyevin razılığı lazımdır" - Estukyan
"Türkiyə sərhədi öz istəyi ilə bağladı, qoy öz istəyi ilə açsın".
KONKRET.az xəbər verir ki, bunu İstanbulda nəşr edilən "Akor" qəzetinin erməni dili bölməsinin redaktoru Baqrat Estukyan deyib.
"Qoy Türkiyə qərarını yenidən nəzərdən keçirsin və ona uyğun hərəkət etsin. Eyni şey sərhədin bağlanmasına da aiddir, bu, Türkiyənin qərarıdır və onun açılması ilə bağlı danışıqlara ehtiyacımız yoxdur. Bu sərhəd danışıqlar nəticəsində bağlanmadı ki, indi danışıqlar yolu ilə açılsın", – deyə Baqrat Estukyan bildirib.
O qeyd edib ki, Ankaraya böyük ümid bəsləmək yersizdir.
"Türkiyə yalnız öz maraqlarına əsaslanan xarici siyasət qura bilməz. Türkiyə bu amillərin əlində girov kimidir. Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması üçün Əliyevin razılığı lazımdır. Əliyev razılaşmasa, təəssüf ki, irəli gedə bilməyəcəyik", – deyə Estukyan etiraf edib.
Günel Mikayılova,
KONKRET.az

Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
Təcili: Azərbaycanda dizel bahalaşacaq? – Deputatdan AÇIQLAMA
Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürdü
Beyləqanda AĞIR QƏZA: Beş İran vətəndaşı xəsarət aldı
İki britaniyalı alim az qala kosmosa uçacaqdı – 1862-ci ildə ölüm-dirim mübarizəsi
Gəncədə 32 yaşlı şəxs güllələndi
1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO